Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:26

FTB “Moskvanın Trump-a dəstəyi” iddialarını araşdırır


Bir sıra ABŞ rəsmilərinin fikrincə, demokratlara aid emaillərin sızdırlmasından məqsəd Donald Trump-ın seçki kampaniyasını möhkəmlətmək olub

ABŞ mediasında yayılan xəbərlərə görə, Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Demokratik Partiyası Milli Komitəsinin şəbəkəsinə müdaxilənin və e-maillərin sızdırılmasının Kreml tərəfindən həyata keçirildiyinə dair versiyanı araşdırır.

Emaillərin WikiLeaks saytına məhz ötən cümə, demokratların Filadelfiyada keçirilən konvesnsiyası ərəfəsində ötürülməsinin də təsadüfi olmadığı düşünülür.

Bir sıra ABŞ rəsmilərinin fikrincə, demokratlara aid emaillərin sızdırlmasından məqsəd Donald Trump-ın seçki kampaniyasını möhkəmlətmək olub.

Trump-ın moskvayönlü bəyanatları

ABŞ mətbuatı yazır ki, bu kimi şübhələrin geniş yayılmasına respublikaçıların namizədi Trump-ın özü də bəzi bəyanatları ilə rəvac verib.

Məsələn, NATO-nun yeni üzvlərinə dəstək məsələsində Trump-ın mövqeyi Moskvanın maraqları ilə üst-üstə düşüb.

Vilnüs küçələrindən birində çəkilmiş qraffiti
Vilnüs küçələrindən birində çəkilmiş qraffiti

Bundan əlavə Donald Trump-ın Rusiya hökuməti ilə birbaşa biznes əlaqələri də gündəmə gətirilib.

Trump-ın oğullarından biri atasının tikinti layihələri üçün Moskvadan maliyyə dəstəyi aldığını etiraf etmişdi.

Demokratik Partiyanın hakerlər tərəfindən açıqlanmış emaillərindən bəzilərində namizəd Bernie Sandersə qarşı müəyyən xoşagəlməz müddəalar irəli sürülmüşdü.

Məhz buna görə də bəzi təhlilçilərin fikrincə hakerlərin məqsədi Clinton-u Sandersin dəstəyindən məhrum etmək olub.

ABŞ-ın bir sıra internet təhlükəsizliyi ekspertləri deyiblər ki, haker hücumunda Rusiya hökumətinin dəst-xətti aşkardır.

RT-dən Gazprom-adək

Rəsmilər həmçinin Trump-ın Rusiya hökuməti ilə əlaqələrinə diqqət çəkirlər.

Vladimir Putinin Trump-ı şəxsən təqdir etməsi bir yana, onun komandasının bəzi aparıcı üzvlərinin Moskva ilə birbaşa əlaqələrinin olduğu gündəmə gəlib.

Məsələn, Trump-ın seçki kampaniyasının meneceri Paul Manafort vaxtilə ilə Moskvanın müttəfiqi, Ukraynanın keçmiş prezidenti Viktor Yanukovişin müşaviri kimi fəaliyyət göstərib.

Trump-ın müşaviri Carter Page-in Moskva ilə sıx biznes əlaqələri olub
Trump-ın müşaviri Carter Page-in Moskva ilə sıx biznes əlaqələri olub

Trump-ın milli təhlükəszlik müşavirlərindən biri, təqaüddə olan ordu generalı Michael Flynn Vladimir Putinlə birlikdə Rusiyanın RT media şəbəkəsinin 10 illiyinə həsr edilmiş banketdə iştirak edib.

Trump-ın başqa bir müşaviri Carter Page Moskvada səfərdə olarkən ABŞ-ın Rusiyanı “demokratikləşdirmək” cəhdlərini riyakar adlandırıb.

Media həmçinin Page-in Rusiyanın Gazprom şirkəti ilə maliyyə münasibətlərində olduğundan yazır.

Bununla belə, FTB təhqiqatının hansı nəticə verəcəyini söyləmək çətindir.

ABŞ mətbuatı yazır ki, Amerika qanunlarına görə hakerlik cinayət sayılsa da, seçkiləri təsirləndirmək kriminal əməl hesab olunmur.

Buna baxmayaraq, sözü gedən təhqiqat barədə xəbərlərin Trump-ın nüfuzuna zərbə vuracağı şübhəsizdir.

XS
SM
MD
LG