Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:59

Azərbaycalı ailələr qızqaçıranlarla özləri 'məşğul olur'


Gürcüstanda Azərbaycan kəndində yaşayan azərbaycanlı qız
Gürcüstanda Azərbaycan kəndində yaşayan azərbaycanlı qız

Gürcüstandakı azərbaycanlı ailələrdə qızları erkən və zorla ərə verirlər

Gürcüstanda 18 yaşı olmamış şəxslərin nikaha girməsi qanunla qadağandır. Ancaq hər il həddi-buluğa çatmamış yüzlərlə qız uşağı ərə verilir. Özü də iradəsinə zidd olaraq, istəmədən. Bu cür hallar azərbaycanlıların yaşadığı Kvemo Kartli rayonunda xüsusilə çoxdur.

Buna da bax: 32 yaşında nənə, Kəpənəkçi kəndi və ürəkli Ləman [video]

Bu ilin fevralında Bayramovlar ailəsinin yaxınları paytaxt Tbilisidən çıxan əsas yolu bağlamışdılar. Onlar polis idarəsinin binasına girməyə çalışmışdılar. Bununla hakimiyyətin diqqətini öz problemlərinə cəlb etmək istəyirdilər. Problem də o idi ki, gənc bir oğlan ailə qurmaq məqsədilə onların 17 yaşlı qızını qaçırmışdı. Doğrudur, o vaxt problem erkən nikaha qədər öz həllini tapdı. Polis oğlanı həbs elədi, məktəbli qızı isə ailəsinə təhvil verdi.

Qızqaçırma ilə bağlı çox vaxt ailələr, ümumiyyətlə polisə məlumat vermir. Valideynlər ya qızı qaçıranla özləri «məşğul olub» qızı evə qaytarırlar, ya da nikaha xeyir-dua verirlər.

Buna da bax: «Gürcü arzusu» və Gürcüstan azərbaycanlıları

«Yuxarı siniflərdə qızlara rast gəlmək olmurdu»

Fərəməz Cəlilov
Fərəməz Cəlilov

Geta kəndində orta məktəb direktoru işləyən Fərəməz Cəlilov deyir ki, bir neçə il əvvələ qədər yuxarı siniflərdə qızlara rast gəlmək olmurdu. Çünki yuxarı sinfə çatanadək onları ərə verirdilər. «Valideynləri başa salmağa çalışırdım ki, uşaqlarını təhsildən məhrum edib, əri və körpələri ilə bağlı qapı arxasında saxlamasınlar. Artıq nəticə özünü göstərir. Bu il 11 məzunumuz olub. Onların da 6-sı qızdır», – deyə direktor fəxrlə bildirir.

Buna da bax: Borçalıda ədəbiyyat və məktəb dərdi...

Bu il ərzində Geta kəndində yetkinlik yaşına çatmayan yalnız bir qız uşağı ərə verilib. Valideynləri bundan məmnundurlar. Qızın özü necə? Bunu bilmək çətindir. Çünki Cəlilov yeni gəlin olmuş qızcığazın adını və ünvanını söyləməkdən qətiyyətlə imtina edir.

Bəhram Mehdi
Bəhram Mehdi

Kvemo Kartli rayonunun Xidiskuri adlı başqa bir kəndinin sakini Bəhram Mehdi qızlarını ərə verənədək gözünü onların üstündən çəkmədiyini yaxşı xatırlayır. Deyir ki, yalnız onlar böyüyüb ailə sahibi olandan sonra rahat nəfəs alıb. İndi Bəhram artıq nəvələrinə baxır. Bildirir ki, qız böyüdən ailələr diqqətli olmalıdırlar: «Əvvəllər burda 12-13 yaşından qızları qaçırırdılar. Axı bu yaşda qız hələ uşaqdır. Belə ailələrin çoxunun aqibəti pis olur. Ya boşanırlar, ya da arvad evdən qaçır, özü də hamilə ola-ola. Son illər belə hallar xeyli azalıb. Ancaq yenə də baş verir».

Buna da bax: «Bir sayt yaratdıq, təhqirlərlə üz-üzəyik»

575 şagird ailə qurduğuna görə məktəbi yarımçıq tərk edib.

Keçən il 575 şagird ailə qurduğuna görə məktəbi yarımçıq tərk edib

Hacı Hacıyev
Hacı Hacıyev

Erkən nikahların sayının azalmasında yerli din xadimlərinin də rolu var. Marneuli rayonundakı imam Əli məscidinin axundu Hacı Hacıyev qız qaçırmağın günah olduğunu, erkən nikahdan sağlam ailə yaranmadığını təbliğ edir.

Buna da bax: Azərbaycan Gürcüstanda erməni kilsələrini də qazla təmin edib

«Quranda buyurulur ki, qız həddi-buluğa çatan kimi ərə getməlidir. Bu ifadəni hərə bir cür təfsir edir. Hər halda islam alimlərinin çoxu hesab edir ki, qızı 18 yaşı tamam olandan sonra ərə vermək lazımdır», -- deyir axund Hacı Hacıyev.

«Qadın Hərəkatı» adlı qeyri-hökumət təşkilatı hesab edir ki, Kvemo Kartli regionunda erkən nikah ciddi problem olaraq qalmaqdadır. Təşkilat nümayəndələri hakimiyyət orqanlarının məsələyə müdaxilə etməsini istəyirlər.

Hüquq müdafiəçisi Baya Pataraya deyir ki, daxili işlər naziri ilə görüşmək istəyirlər: «Bu məsələdə vəziyyətin düzəlməsinə kömək edə biləcək konkret islahatlarla bağlı fikirlərimizi bölüşmək istəyirik».

Buna da bax: Günel Mövlud. Göysatan olmaq istəməyənlər...

Söhbət erkən nikahların qarşısının alınması mexanizminin hazırlanmasından, Daxili İşlər Nazirliyi yanında gender zəminində törədilən cinayətlərlə mübarizə aparacaq xüsusi şöbənin yaradılmasından gedir.

Buna da bax: Günel Mövlud. Gürcüstandakı «qoluzorlu» oğlanlarımız

Gürcüstanda erkən nikahların sayı ilə bağlı hər hansı statistik məlumat yoxdur. Lakin o məlumdur ki, təkcə 2015-ci ildə 575 şagird ailə qurduğuna görə məktəbi yarımçıq tərk edib.

Buna da bax:

Gürcüstanda Çaxır festivalı necə başlayır?
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

XS
SM
MD
LG