Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:50

Valideynlər Nardaran hadisələrinə görə hökumətdən sübut istəyir


Nardaran polis əməliyyatından az sonra, 26 noyabr 2015
Nardaran polis əməliyyatından az sonra, 26 noyabr 2015

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Avqustun 19-da Nardaran hadisələrində həbs olunanların yaxınları mətbuat konfransı keçiriblər.

Tədbir iştirakçıları yaxınlarının haqsız yerə həbs olunduğunu bildirərək onların azadlığa buraxılmasını tələb ediblər.

Həbsdə olsan Bəhruz Həsənovun valideynləri bildirirlər ki, oğulları tam günahsız yerə həbs edilib, işgəncələrə məruz qalıb. Valideynlərin demələrinə görə, onlar Nardaranda yaşamayıblar. Sadəcə oğulları Bəhruz Həsənov Nardaranda tikintidə çalışıb. Elə namazını da oradakı məsciddə qılıb.

Valideynlərinin bildirməsinə görə, Bəhruz Həsənov hadisə olan gün məsciddə, ibadətə gedib.

“Onun çevrilişlə əlaqəsi yoxdur. Oxuda bilməmişik deyə, heç elə şeylərə savadı da çatmır. Səbəb, sübut olmadan oğlumu aparıb işgəncələr verib, ifadələr alıblar. Mən tələb edirəm ki, övladımın üzərindəki maddələr götürülsün, o azadlığa buraxılsın. Oğlum həqiqətən cinayətkardırsa bizə video görüntü , sübut göstərsinlər ”-deyə valideynlərdən biri qeyd edib.

***Bunlara da baxın:
Nardaran işi ilə bağlı bundan öncəki məhkəmə iclaslarından reportajlarımız

Qurulmuş oyun

Təqsirləndirilən Aqil İsmayılovun babası İsmayıl İsmaylov da baş verənləri qurulmuş oyun adlandırıb: " Məmurlar bu oyunu mükəmməl qura bilməyiblər. İndi buna görə,bizə cavab verə bilmirlər. Aqilə məcburi, işgəncələrlə müxtəlif kağızlara imza çəkdiriblər. Onları təhdidi ediblər ki, imzalamasanız ananızın, bacınızın başına oyun açacağıq. Mənim oğlum Qarabağdavuruşub. Prezidentdən tələb edirəm ki, bu işə diqqət ayırıb övladlarımızı azadlığa çıxarsın"

Nardaran hadisələri ilə bağlı həbs edilənlərin yaxınları deyiblər ki, bir çox yerli qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almayıblar. Bundan sonra isə beynəlxalq təşkilatlara üz tutmağa düşünürlər.

*** Bunlara da baxın:
Nardaran qarşıdurması - jurnalist araşdırmasının nəticələri-

2015-ci il noyabrın 26-dagüc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Həmin gün“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonrakı günlər də həbslər davam edib.

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Hərçənd, onlar özləri bu ittihamları rədd edirlər. Tutulanlar bildirir ki, onlardan ifadələr işgəncə altında alınıb.

XS
SM
MD
LG