Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:28

Keçmiş siyasətçilərin referendum haqda fikirləri üst-üstə düşmədi


Keçmiş siyasətçilər Etibar Məmmədov, Ayaz Mütəllibov və Nemət Pənahlı (kombo)
Keçmiş siyasətçilər Etibar Məmmədov, Ayaz Mütəllibov və Nemət Pənahlı (kombo)

Ayaz Mütəllibov: «Referendum zəruridir»

– 1990-cı illərin əvvəlində qanunvericilikdə yuxarı yaş senzi, sizcə, kimə görə qoyulmuşdu? Heydər Əliyevə görə?

– Hər halda, 70 yaşlı Əbülhəsən kişiyə görə deyildi. Məlumdu nəyə görə. Aşağı yaş senzini də müəyyən etdilər, axı, 35 yaş. Onu da o zaman mənə görə qoydular.

Nemət Pənahlı: «Yaş senzi bu niyyətlə götürülürsə, yanlışdır, qəbuledilməzdir»

1980-ci illərin sonunda Xalq hərəkatının liderlərindən olan, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı referendum haqda söhbətə belə başlayır. O iddia edir ki, 1995-ci ildə yeni Konstitusiya qəbul ediləndə də məhz ona görə prezidentliyə namizədlə bağlı başqa bir məhdudiyyət ortaya çıxıb:

Nemət Pənahlı: «Belə bir hədis var: Əməl niyyətə görədir»
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00
Direct-ə keçid
Nemət Pənahlı: «Rəqibi sıradan çıxarmaqdan ötrü qanuna düzəliş etmək yanlışdır, anormaldır».

– 1995-ci ilə qədər istənilən vətəndaş 35 yaşına çatanda prezidentliyə namizədliyini irəli sürə bilirdi. 1995-ci ilin Konstitusiyasına saldılar ki, ali təhsili olmalıdır. Azərbaycan siyasi səhnəsində yeganə adamıydım ki, o, mənə şamil edilirdi, o iddiada olacaq ikinci adam yox idi. O zaman universiteti bitirməmişdim. Mən onda da demişdim ki, «bu baryerləri qoymaq yanlışdır». Rəqibi sıradan çıxarmaqdan ötrü qanuna düzəliş etmək yanlışdır, anormaldır.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

– Sizcə, ümumiyyətlə, yaş senzi olmamalıdır?

Nemət Pənahlı: «Səlahiyyət müddətinin artırılmasına münasibətim müsbətdir».

– Şah İsmayıl Xətai 12 yaşında hakimiyyətə gəlib, 2 milyon 28 min kvadrat kilometrlik ərazidə dövlət qurub, dünyaya hökm edən imperator olub. Və ya Osmanlı tarixində bütün padşahlar İstanbulu fəth etməyi qarşılarına məqsəd qoysa da, bacarmayıblar. Bunu 26 yaşlı Fateh Sultan Mehmet bacarıb. Bizdə atalar sözü var: «Ağıl yaşda deyil, başdadır». Ona görə mən istər aşağı yaş senzinin, istərsə də yuxarı yaş senzinin qoyulmasının əleyhinəyəm. Amma belə bir hədis var: Əməl niyyətə görədir. İndi baxır bu yaş senzi nə niyyətə götürülür? Bir var, bu yasaq millətin qabiliyyətliləri ortaya çıxsın deyə götürülür, bir də var konkret bir adam üçün atılır. Təbii ki, niyyət budursa, çox yanlışdır, qəbuledilməzdir.

Nemət Pənahlı: «Amma belə bir hədis var: Əməl niyyətə görədir»

– Bəs prezidentliyin 5 ildən 7 ilə qaldırılmasına necə baxırsınız?

– Açığı, səlahiyyət müddətinin artırılmasına münasibətim müsbətdir. Bir ağac əkirsən, 7-8 ilə bar verir. Dünyada dövlət idarə etmək qədər də çətin iş yoxdur. Bu mənada həmin müddətin 5 ildən 7 ilə çatdırılmasına etirazım yoxdur. Söhbət bu günkü prezidentdən getmir. Növbəti seçiləcək prezidentin müddəti artırılanda daha rahat nəfəs alır, planını-proqramını asanlıqla reallaşdırır. Söhbət niyyəti Azərbaycanı inkişaf etdirmək olan, onu xilas edəcək prezidentdən gedir. 7 il daha məqbuldur. Ancaq təkrar edirəm, aydın deyil hansı məqsədlə edilir, niyyət nədir?

Etibar Məmmədov: «Heç nəyə qarışmıram. Ona görə danışmaq istəmirəm».

Sonda Nemət Pənahlı bunu da deyir: «Konstitusiyaya dəyişiklikləri bəzən dünyanın sonu kimi qəbul edirlər, deyirlər ki, «monarxiya qurulacaq». Millət iradəsini ortaya qoyanda sovet imperiyası kimi quduz rejim qarşısında diz çökdü. Milli iradə ortalıqda yoxdursa, ona zülm edilirsə, millət də susursa, bu hüquq və azadlıqlar Konstitusiyada olsa nə fayda, olmasa nə fayda? Əsas odur, millət hüquqlarını müdafiə edə bilirmi, öz ölkəsinə sahib çıxa bilirmi?»

Buna da bax:​ Çevriliş vaxtı Nemət Pənahlı Türkiyə səfirliyində nə edirdi

Etibar Məmmədov nə dedi?

«Mən artıq heç nəyə qarışmıram». Milli İstiqlal Partiyasının keçmiş sədri, keçmiş millət vəkili Etibar Məmmədov referendumla bağlı suallarımıza qısaca belə cavab verir. Nəzakətlə bir daha təkrar edir:

«Heç nəyə qarışmıram. Ona görə danışmaq istəmirəm».

Ayaz Mütəllibov: «Başqa dövlətlərdə də Konstitusiyaya dəyişiklik edilir. Bu baxımdan, niyə bizdə də edilməsin?»

Ayaz Mütəllibov: «Bizi sabah, ya birisigün nə gözləyir, məlum deyil»

Keçmiş prezident Ayaz Mütəllibov Konstitusiyaya təklif edilən dəyişiklikləri dönə-dönə «zərurət» adlandırır:

Ayaz Mütəllibov: «Bizdə keçid dövrü, yəni avtoritar ölkədən demokratiyaya keçid tamamlanmayıb hələ»
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00
Direct-ə keçid

– Bu dəyişikliklər siyasi zərurətdən doğur. Bunun da tam dolğun mahiyyətini ancaq prezident dərk edir. Başqa dövlətlərdə də Konstitusiyaya dəyişiklik edilir. Bu baxımdan, niyə bizdə də edilməsin? Bir də referendum xalqla məsləhətdir. Biz indidən necə deyə bilərik, xalq razı qalacaq, ya qalmayacaq? Səsvermə göstərəcək. Ancaq bu dəyişikliklərə ölkədaxili zərurət var. Qlobal dəyişikliklər gedir, iqtisadi böhrandan çıxmağa meyl göstərilir, ancaq bunun nə vaxt mümkün olacağı, bizi sabah, ya birisigün nə gözlədiyi bəlli deyil. Bu baxımdan da referendum zəruridir.

Ayaz Mütəllibov: «Bizdə keçid dövrü, yəni avtoritar ölkədən demokratiyaya keçid tamamlanmayıb hələ».

– Ayaz bəy, prezidentin səlahiyyət müddətinin artırılmasını və ya yaş senzinin ləğvini zəruri edən nədir, sizcə?

– Bizdə keçid dövrü, yəni avtoritar ölkədən demokratiyaya keçid tamamlanmayıb hələ. Keçid dövrü də mürəkkəb dövrdür. Bizim avtoritar dövlətdə yaşadığımız illər hələ bədənimizdən çıxmayıb. Ona görə demokratiyanı şüara çevirib, demokratik sözlər işlətməklə nəyəsə nail olmaq çox çətindir. Belə bir zamanda 1990-cı illərin əvvəlindəki hadisələr baş verə bilər. Deyirlər: «Biz demokratiya uğrunda mübarizə aparırıq», amma ötən illərdə biz bunu deyənlərdən gördük ki, demokratiya qıraqda qalıb, hakimiyyət uğrunda mübarizə gedir. Bunun acı nəticəsi göz qabağındadır.

Buna da bax:​ Ayaz Mütəllibov: 'Çox heyif SSRİ-dən'

Ayaz Mütllibov: «Vitse-prezidentliyə gələk. Bu, müasir dünya quruluşuna uyğundur, köməkçi deməkdir. İndi prezident onlara hansı funksiyanı verəcək, bilmirəm».

Elə mənim timsalımda götürək. Ona görə bu lazımdır və ölkə prezidenti düşünülmüş şəkildə buna gedir. Vitse-prezidentliyə gələk. Bu, müasir dünya quruluşuna uyğundur, köməkçi deməkdir. İndi prezident onlara hansı funksiyanı verəcək, bilmirəm. Hər halda, bu da lazımdır. Bilirsiz, hökumətə irad tutanlar az deyil. Yəqin hakimiyyətdə köklü dəyişikliklər getməlidir. Prezidentin yəqin bununla bağlı fikirləri var.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

– Siz bu dəyişiklikləri islahatlarla izah edirsiz? Yəni referendumdan sonra dövlət başçısının islahatlara gedəcəyini gözləyirsiz?

– Bəli. Mütləq.

Bu il sentyabrın 26-da Konstitusiyaya 30-dək dəyişiklik ümumxalq səsverməsinə çıxarılacaq. Müxalifət bununla vətəndaşların hüquq və azadlıqlarının bir az da məhdudlaşdırılıcağını düşünür, hakimiyyətsə əksini iddia edir.

XS
SM
MD
LG