Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:41

İranda 'Şəhriyar günü', milli bayram kimi qeyd edilir


İranda doğulmuş, Azərbaycan mənşəlli şair Məmmədhüseyn Şəhriyar.
İranda doğulmuş, Azərbaycan mənşəlli şair Məmmədhüseyn Şəhriyar.

-

Əslən Təbrizdən olan Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyar (1906-1988) sentyabrın 16-ı günü dünyasını dəyişib.

Bu gün həm də Şəhriyarın şərəfinə "Milli Şeir və Ədəbiyyat" günü kimi də qeyd edilir.

Bu haqda İranda çıxan "Tehran Times" qəzeti xəbər verir. "Şəhriyar günü"nün təşkilatçısı Asgar Fardi jurnalistlərə deyib ki, "Bayram tərdbirləri çərçivəsində ölkə şairlərinin şərəfinə Tehranın "Vəhdət Zalı"nda müxtəlif tədbirlər keçiriləcək. İranın Milli Orkestri Şəhriyarın şeirlərindən parçlara yazılmış musiqiləri ifa edəcək, Şəhriyarın tələbəsi olmuş müxtəlif fars şairləri və ədəbiyyatçıları onun haqda danışacaq.

Buna da bax: 'Şəhriyar farsca gözəl yazırdı, yoxsa türkcə?'

"Biz Şəhriyarın ailə üzvlərini də mərasimə dəvət etdik, amma onlar bu bayramı Şəhriyarın doğulduğu Təbrizdə keçirməyə üstünlük veriblər". deyə Fardi əlavə edib.

Bundan əlavə İranın şimalındakı Qorqan vilayətində şairlər günü münasibətiylə seminarlar da keçiriləcək.

Xatırladaq ki, Şəhriyarın yazdığı "Heydərbabaya Salam" poeması onun doğulduğu doğma kəndinə həsr olunub və İranda şair məhz bu əsəri ilə məşhurdur.

XS
SM
MD
LG