Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:49

Ekspert: OPEC razılaşması neftin qiymətini 2-3 dollar qaldıracaq


OPEC
OPEC

Meksikalı energetika mütəxəssisi Fluvio Ruiz hesab edir ki, OPEC-in neftlə bağlı razılığa gəlməsi xam neftin barrelini 2-3 dollar bahalaşdıra bilər.

Çərşənbə günü Əlcəzairdə keçirilmiş qeyri-rəsmi görüşdə OPEC ölkələri hasilatın gündə 32.5 - 33 milyon barrel civarında saxlanması barədə razılığa gəliblər. Ancaq noyabrın 30-da OPEC ölkələri nazirlərinin Vyanada keçiriləcək görüşündə bir sıra ölkələr üçün ayrıca kvotalar müəyyən ediləcək. Bundan başqa, noyabrın sonuna doğru OPEC sazişinin qüvvəyə minmə tarixi açıqlanacaq.

YAXŞI SİQNAL

«Qiymətdə böyük artım olmayacaq. Ancaq əldə edilmiş razılaşma nəticəsində ilin sonunadək bir barrelin qiymətinin 2-3 dollar artacağını gözləmək olar», - deyə Ruiz «RIA Novosti»yə bildirib.

Onun sözlərinə görə, Əlcəzair görüşünün ən vacib nəticəsi hasilatçı ölkələr arasında dəqiq koordinasiyanın yaranmasıdır. Ekspert deyir ki, bu, OPEC-ə yaxşı siqnaldır. «İllər ərzində birgə siyasətin olmamasından sonra bu, xüsusən də böhran şəraitində neft bazarından ötrü vacibdir», deyə Ruiz vurğulayıb.

«Düşünürəm ki, artıq sabah (sentyabrın 29-nu nəzərdə tutur-red.) bu qərar bazarlara təsir edəcək», - deyə o bildirib.

Ruiz həmçinin deyib ki, razılaşmanın əldə olunması Tehranın, faktiki olaraq, OPEC-in ümumi işində iştiraka razılıq verdiyini göstərir. «Optimist olmaq və Səudiyyə Ərəbistanı ilə İranın yekunda öz aralarında razılığa gələcəklərinə ümid etmək olar», - deyə Fluvio Ruiz qeyd edib.

Qeyd edək ki, sentyabrın 29-dan neftin qiymətində artım qeydə alınıb.

Neftdən şəxsən siz nə qazandız?

Neftdən şəxsən siz nə qazandız?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

XS
SM
MD
LG