Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:47

Parlamentdə 'Meydan TV', 'Sancaq' söhbəti-[video]


Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Parlamentdə 'Meydan TV', 'Sancaq' söhbəti- [video]

Parlamentin sentyabrın 30-da keçirilən plenar iclasında deputatlar internet mediasından gileyləniblər.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Məlahət İbrahimqızı internet mediasını məzmununa görə tənqid edib.

Modern.az-ın xəbərinə görə, O, Meydan TV və facebook-dakı “Sancaq” səhifəsinin məzmunundan şikayətlənib.

Deputatın fikrincə, onlar ölkə başçısı haqqında qərəzli məlumatlar paylaşırlar.

Buna da bax: '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

“Mən o yazıların hamısını “screen shot” etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələylə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm”, deyən depuatat görə, dünyanın heç bir yerində internet üzərindən dövlət başçılarını “belə təhqir etmirlər”.

Məlahət Həsənova (İbrahimqızı)
Məlahət Həsənova (İbrahimqızı)

Məlahət İbrahimqızının internetin tənzimlənməsi ilə bağlı təşəbbüsünün sessiyada müzakirəsi dəstəklənməyib.

Adı parlamentdə hallandırılan “Sancaq” səhifəsinin idarəedicilərindən Mehman Hüseynov dərhal deputata cavab verib.

«“Sancaq” sizin üçün satılmış televiziyalar və ya su borusu deyil ki onu açıb, bağlayasınız. “Sancaq”ı bağlamaq üçün gərək ümumiyyətlə interneti kəsəsiniz», bloqçu yazıb.

Buna da bax: “Azad olmayan Azərbaycanın” son azadlıqları da tükənir

Bloqçu daha sonra sual edib:

“Deyirsiz ki, məmurların zibillərini açıb yayırıq. Məmur özbaşınalığını, ölkədə olan qanunsuzluğu, rüşvətxorluğu, saxta seçkiləri çəkib göstərmək cinayətdir bəyəm???”

Meydan TV-nin əməkdaşları da bildirirlər ki, onların efirində heç də təhqirə yol verilməyib.

XS
SM
MD
LG