Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Milli Şura sədri Cəmil Həsənli: 'Hanı o nəticələr?..'


Milli Şura sədri Cəmil Həsənli
Milli Şura sədri Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli dövlət başçısı İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına diar iclasındakı çıxışına qeydlərini sosial şəbəkədə bölüşüb.

Cəmil Həsənli deyir ki, İlham Əliyevin çıxışına baxanda təəccüblənməmək olmur:

“13 ildir prezidentdir və 13 ildir vəd verir. Bəs bu vədləri kim həyata keçirəcək. Ölkə böhranın məngənəsində batır, o, hələ də millətə inkişaf nağılı danışır”.

Buna da bax: İlham Əliyev: 'Mən özümüzü tərifləmək istəmirəm...'

O vurğulayır ki, səkkiz il əvvəl, İlham Əliyev “2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” imzalamışdı. Ancaq həmin proqramın 2015-ci il üçün əsas hədəfləri həl də əlçatmaz görünür:

“Son 7 ildə ölkəyə böyük pullar gəldiyi halda və regionların sosial-iqtisadi inkişafına böyük vəsaitlər ayrıldığı halda hökumət niyə bu hədəflərə yetişə bilmədi? 2016-cı ildə məhz bunun izahatını vermək lazım idi”.

“Proqram yerinə yetirilsəydi...”

Cəmil Həsənli yazır ki, əgər bu proqram yerini yetirilmiş olsaydı, ölkənin xaricdən taxıl idxalı tamamilə dayandırılmalı idi:

“Amma bu gün cənab İ.Əliyev dedi ki, xaricdən bir milyon ton taxıl idxal olunur və ölkənin valyutasının böyük bir hissəsi buna sərf olunur. Axı, qeyd etdiyimiz proqram üzrə taxıl istehsalı 2015-ci ildə 2,8 milyon tona çatmalı idi. Belə olsaydı ölkənin xaricdən taxıl aşlılığı tam aradan qaldırılmış olacaqdı”.

Cəmil Həsənli qeyd edir ki, həmin proqrama görə, yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalı 2015-ci ildə2 milyon tona çatdırılmalı idi:

“ Halbuki, bunun əsas hissəsini təşkil edən quş yemi bilavasitə xaricdən gətirildiyi üçün ölkədə quş ətinin bahalaşmasını qaçılmaz etmişdir”.

Dövlət başçısının son imzaladığı sərəncamlarla ölkədə aqrar sahənin inkişafı gündəmə gəlib. İlham Əliyev oktyabrın 7-də keçirdiy müşavirədə neftin qiymətinin düşməsinin iqtisadi tənəzzülə səbəb olduğunu deyir. Ancaq bütün çətinliklərə baxmayaraq prezident 2016-cı ildəki nəticələri “yaxşı” adlandırır.

XS
SM
MD
LG