Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:48

Azərbaycana daha bir “mühəndis universiteti” lazım idimi?


Prezident İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsindən maliyyələşəcək daha bir universitet yaradılıb - Bakı Mühəndislik Universiteti.

Azərbaycanda inşaat mühəndisləri, texniki universitet, hətta bu yeni universitetlə işi eyni olan Rabitə Nazirliyinin bir universitetinin olduğu da məlumdur.

Bu yeni universiteti zəruri edən səbəblər nə qədər əsaslıdır, artıq mövcud olan mühəndis təhsil ocaqları hansı kadrları hazırlaya biliblər?Yeni Universitet dövlətin büdcəsinə yeni bir yükə çevrilməyəcək ki? Bu kimi suallar bir çoxlarını düşündürür.

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Azərbaycanın digər universitetlərində kifayət qədər mühəndislik ixtisası verən fakültələr var.

Cəmiyyət hökumətin yeni Mühəndislik Universiteti yaratmasında məqsəddən xəbərsizdir. Onun sözlərinə görə, bu qərarın məqsədi açıqlansaydı zərurət cəmiyyətə də aydın olardı.

Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə Azərbaycanda ali məktəblərin sayı bir çox ölkələrə nisbətən azlıq təşkil edirdi.

Ekspert bildirir ki, digər mühəndislik ixtisası olan universitetlərdə həmin sahə müasir dövrün tələblərinə cavab vermir.

Etibar Əliyev onu da deyir ki, son illərin təcrübəsinə görə yeni yaradılan universitetlər təhsilin səviyyəsinə görə köhnələri üstələyir.

Milli Məclisin keçmiş Elm və Təhsil Komissiyasının sədri Şahlar Əsgərov bu qərarı Azərbaycan təhsili üçün olduqca əhəmiyyətli hesab edir.

Onun sözlərinə görə, bu universitetdə yetişən mühəndislər tez bir zamanda milli sənayenin inkişafına öz töhfəsini verəcək.

XS
SM
MD
LG