Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:22

Ekspert: 'Görünən odur ki, valyuta bazarında ciddi tələb var'


"Manat". Karikatura. Gündüz Ağayev.
"Manat". Karikatura. Gündüz Ağayev.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin əvvəlindən növbəti iş gününün rəsmi məzənnəsini bir gün öncədən elan etməyə başlayıb. Bu ənənəyə görə, şənbə, bazar və bazar ertəsi üçün cümə gününün məzənnəsi saxlanılırdı. Məqsəd - AMB və bankların işləmədiyi həftə sonunda dolların məzənnə sabitliyini qorumaq idi. Ancaq bu həftə həmin ənənə ilk dəfə pozuldu və AMB 14 noyabr – bazar ertəsi üçün manatın məzənnəsini dəyişdi.

Ənənənin nədən pozulduğunu konkret cavablamağın çətinliyini vurğulayan iqtisadçı ekspert Rəşad Həsənov deyir: “Görünən odur ki, valyuta bazarlarında ciddi tələb var və bu tələb manata təzyiqi artırıb. Bir məsələnin də təsiri mümkündür: Ötən gecə (noyabrın 13-dən 14-nə keçən gecə - red.) beynəlxalq birjalarda ABŞ dolları avro qarşısında 1 faizədək möhkəmlənib”.

Buna da bax:​ Ekspert: ‘Manatın taleyi Mərkəzi Bankın əlində deyil...’

“Bir ABŞ dolları təxminən 1,93 manat olacaq”

Ekspert, öz fikrincə, maraqlı meylə də diqqət çəkir: “Bazar iştirakçılarında 1 ABŞ dolları= 2 AZN qənaəti şəklində ciddi fikir formalaşıb. Diqqət yetirsək, buna paralel olaraq, oktyabrın 18-dən bəri manat 7,2 faiz və ya gündə ortalama 0,3 faiz dəyər itirib. Bu meyl ilin sonunadək davam edərsə, dəyərsizləşmə 21 faizə çatacaq və 1 ABŞ dolları təxminən 1,93 manat olacaq. Rəsmi məzənnənin 1,93 səviyyəsinə çatması, faktik olaraq, kommersiya məzənnəsini 2 manat üzərində qərarlaşdıracaq”.

Rəşad Həsənov indiki şərtlərin manatın xeyrinə olmadığını xatırladır: “Neft ucuzlaşır, Amerika Mərkəzi Bankının ucot dərəcəsini artırmaq ehtimalı ən yüksək səviyyədədir, beynəlxalq maliyyə institutları da Azərbaycana borc verməyə tələsmirlər. Bütün bunlar valyuta bazarlarında gərginliyi yüksəldir. Hər hansı gözlənilməz dəyişiklik olmazsa, ilin sonunda manatın məzənnəsi, dediyim kimi, 1 ABŞ dolları = 1,9 manatın üzərində olacaq”.

Buna da bax:​ Valyuta qara bazarı canlanıb

“AMB indidən faiz artımına hazırlaşır”

Bank məsələləri eksperti Əkrəm Həsənov da durumun get-gedə pisləşdiyini düşünür: “Bu səbəbdən, AMB məcbur olub məzənnəni qabaqcadan bəyan etsin. Əks halda bu gün (noyabrın 14-də - red.) banklar yenə valyuta mübadiləsini dayandıracaq və bu addımla yenə panika yaradacaqdı”.

Ekspert Natiq Cəfərlinin fikrincə, AMB manatın ucuzlaşmasını sürətləndirmək istəyir: “AMB, belə görünür ki, manatın dəyərdən düşməsinin sürətini artırmaq istəyir, çünki kəskin - bir gecədə edilən devalvasiyaya getmək istəmir. AMB həm də indidən Amerika Mərkəzi Bankının faiz artımına hazırlaşır”.

XS
SM
MD
LG