Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:58

'Aslan Aslanovgil bizimlə düşmənçiliyi davam etdirir'


Vüqar Əliyev
Vüqar Əliyev

Kənd təsərrüfatı nazirinin müavini olmuş, buna qədərsə Şəmkirin icra başçısı çalışmış Aslan Aslanovun oğlu Ruslanın ölümünə görə 2003-cü ildən həbsdə olan Vüqar Əliyev haqqında yeni hökm çıxarılıb. Onsuz da ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev bu dəfə CM-in 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və ya istifadəsi) maddəsilə təqsirli bilinib və ona Qaradağ Rayon Məhkəməsinin hökmü ilə daha bir il həbs cəzası kəsilib.

Noyabrın 16-da yeni hökmdən şikayətə Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyevin özü də məhkəmə iclasına qatılıb.

«SİFARİŞ GƏLDİ DEYƏ, SAXTA CİNAYƏT İŞİ QALDIRDILAR»

Vüqar Əliyev ittihamın saxta olduğunu bildirib. Mobil telefon gizlədib saxlamaqda təqsirləndirilən Vüqar Əliyev deyir ki, həbsxanadakı müşahidə kameralarının yaddaşına baxış keçirməklə həqiqəti ortaya çıxarmaq olar. Amma nə istintaqı aparan prokurorluq bu işi görüb, nə də Qaradağ Rayon Məhkəməsi.

Vüqar Əliyevin sözlərinə görə, telefonu həbsxana əməkdaşı satıb: «Gah telefonu əlimdən aldılar, gah bunu görə atamdan pul aldılar. Sonra da sifariş gəldi deyə, saxta cinayət işi qaldırdılar. 2002-ci ildən mənə qarşı bu düşmənçilik davam edir. Bu işlə bağlı heç bir istintaq araşdırması getməyib, gəlib iki dəfə qol çəkdiriblər, vəssalam».

Məhkəmə qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.

«ASLAN ASLANOVUN OĞLU ƏDLİYYƏ NAZİRLİYİNDƏ İŞLƏYİR»

Vüqar Əliyevin anası Məlahət İsmayılova məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, oğlu haqqında yeni cinayət işi sifarişlə hazırlanıb: «Aslan Aslanovun oğlu Ədliyyə Nazirliyinin istintaq idarəsində müstəntiq işləyir. Onlar bu günədək düşmənçiliyi davam etdirirlər. Lamiyə məsələsində üstü açıldı ki, bunlar sifarişlə adamların başına hansı oyunları açdırırlar. Vüqara ömürlük verdirməklə kifayətlənməyiblər, onu tamamilə məhv eləmək istəyirlər. Baxın, həbsxana rəhbərliyi telefonu hansı əməkdaşın satdığını da bilir, amma onu cəzalandırmır. Əksinə, həbsxananın rəisi başqa cəzaçəkmə müəssisəsinə rəis göndəriləndə onu da özü ilə apardı. Deməli, özünə yaxın adamdır».

Buna da bax-Lamiyə Quliyeva azad edilib

Lamiyə Quliyeva azad edilib
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

VÜQAR ƏLİYEV ACLIQ AKSİYASI KEÇİRİR?

Məlahət İsmayılovanın sözlərinə görə, oğlunun səhhətində çox ciddi problemlər olsa da, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmür, tez-tez müxtəlif bəhanələrlə cərimə kamerasına («kars»a) salırlar: «Vüqar ona bütün bu haqsızlıqlara etiraz olaraq noyabrın 2-dən aclıq edir».

Vüqar Əliyev 2003-cü ilin mayında o zaman nişanlısı olan Lamiyə Quliyeva ilə birlikdə Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbs olunub. Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə hadisə zamanı yetkinlik yaşına çatmadığına görə 10 il azadlıqdan məhrum edilib. Lamiyə cəzası bitəndən sonra da buraxılmayıb və CM-in 317-ci maddəsilə ona da iş qaldırıb cəzasını uzadıblar. Yalnız həbsdə olduğu halda, uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Lamiyə ötən ilin fevralında azadlığa buraxılıb.

Vüqar Əliyev haqqında hökmdən Avropa Məhkəməsinə şikayət olunub. Artıq kommunikasiya mərhələsi başlanıb və Avropa Məhkəməsi bu iş üzrə sualları cavablandırmaqdan ötrü Azərbaycan hökumətinə dekabradək vaxt verib.

XS
SM
MD
LG