Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

Vəkil keçmiş nazirin '300 min aylıq şəxsi xərcləri' barədə əlavə məlumatlar verir


Arxiv fotosu
Arxiv fotosu

Bugünlərdə mediada məlumat yayıldı ki, keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov ayda şəxsi xərclərinə 200-300 min manat vəsait sərf olunduğunu deyib.

Sabiq nazirin tabeliyində çalışmış şəxslərin, o cümlədən nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun işi üzrə prokurorluqda belə bir ifadə verdiyi bildirilirdi.

Amma Əli Abbasovun vəkili Kamandar Nəsibov AzadlıqRadiosu-na məlumatı təkzib edib. O deyib ki, Əli Abbasov belə bir ifadə verməyib: "Bu, həqiqətə uyğun deyil. O, Əli Abbasovun ifadəsi deyil. Dünən də məhkəmədə Vidadi Zeynalovun təkidi ilə onun vəkilləri çox söz danışıblar. Hamısı da uydurma bir şeylərdir".

Buna da bax:​ Vəkil: 'Keçmiş nazir 6 milyon 836 min manat ödəyib'

VƏSAİT RAZILAŞDIRILMIŞ QAYDADA TOPLANIB

AzadlıqRadiosu-na Vidadi Zeynalov və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onunla birlikdə mühakimə olunan daha 10 nəfərin işi üzrə ittiham aktı daxil olub. Orada keçmiş nazirin ifadəsi də yer alıb.

Şahid kimi dindirilən Əli Abbasov deyib ki, 2004-cü il fevralın 4-də nazir təyin olunub. Rəhbərlik elədiyi nazirlik rabitə (telekommunikasiya və poçt) və yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, kosmik, nano, bio və digər innovativ elmi tutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimlənməsini gerçəkləşdirir. Nazirliyin tabeliyində Bakı Telefon Rabitəsi istehsalat birliyi, "Aztelekom" MMC, "Azərpoçt" MMC, "Azərkosmos" MMC, Radio-Televiziya Yayımı və peyk rabitəsi İstehsalat birliyi, Dövlət Radiotezliklər idarəsi, "Azintelekom" MMC, Məlumat Hesablama Mərkəzi və digər struktur qurumları fəaliyyət göstərir.

Buna da bax: 22 regional nümayəndə vəzifədən azad olunub

Nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil olmayıb tabeliyində olan qurumlardan, o cümlədən BTRİB, "Azintelekom" MMC, "Aztelekom" MMC, Məlumat Hesablama Mərkəzi, "Azərpoçt" MMC-dən nazirin ümumi bilgisi əsasında aylıq vəsaitlər toplanıb. Həmin vəsaitlər Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun həmin struktur qurumlarının rəhbərlərilə öz aralarında müəyyənləşdirdikləri və razılaşdıqları qaydada paylanıb və digər xərclərə yönəldilib. Bununla bağlı ayda bir dəfə, bəzi hallarda isə 3 aydan bir V. Zeynalovun ümumi hesabatını qəbul edib, bəzi hallarda isə həmin struktur qurumlarının rəhbərləri özləri şəxsən onu bu barədə bilgiləndiriblər.

Buna da bax:​ Rabitə işçisi: 'Hara deyiblər, ora da qol çəkmişəm'

AYLIQ ŞƏXSİ XƏRCLƏRƏ 200-300 MİN

Vidadi Zeynalova konkret hansısa struktur qurumundan müəyyən miqdarda vəsait alınması barədə göstəriş vermədiyini deyən keçmiş nazirin sözlərinə görə, yalnız yuxarıda qeyd edilən işlərlə məşğul olub, nazirliyin ümumi xərclərini tənzimləməyi tapşırıb. V. Zeynalov hesabatlarında toplanmış vəsaitlərin ümumi miqdarı və kimlərə paylanıldığını bildirsə də, konkret olaraq, kimə hansı miqdarda vəsait verilməsini bilməyib. Özünün şəxsi xərclərinə isə aylıq olaraq 200-300 min manat vəsait sərf edib.

Əli Abbasov həmçinin ifadəsində deyib ki, nazir müavinlərinə əvvəllər ayda 30 min, son iki ildə isə 50 min manat pul verilib. Bundan başqa, nazirliyin digər əməkdaşlarına da "paket" şəklində onların maddi ehtiyaclarını ödəməyə pullar verilib. Eləcə də bayram şənliklərinin keçirilməsinə və digər mədəni-kütləvi tədbirlərə də vəsaitlər xərclənib...

XS
SM
MD
LG