Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:35

2 günlük büdcə!


Milli Məclis
Milli Məclis

Büdcə zərfi Milli Məclisdə cəmi 2 gün müzakirə olundu.

Milli Məclisin gələn ilin büdcəsini dekabrın 20-dək müzakirə etmək imkanı olsa da, bundan yararlanmadı. Deputatlar, sadəcə, 2 gün, dekabrın 6 və 7-də büdcə zərfini müzakirə etdilər. İndi hökumətə 9 gün vaxt verilib. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və həmin gün büdcə layihəsi səsverməyə çıxarılacaq.

Onsuz da, büdcə parlamentə gec təqdim edilmişdi. «Büdcə sistemi haqqında» Qanunun 13-cü maddəsinə əsasən, gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə, ən geci, oktyabrın 15-də Milli Məclisin müzakirə və təsdiqinə təqdim edilməlidir. Amma büdcə zərfi Milli Məclisə 1 ay gecikməylə – noyabrın 15-də təqdim edildi. Konstitusiyaya görə, dövlət büdcəsini parlamentə ölkə prezidenti təqdim edir.

Buna da bax-Vahid Əhmədov: '2017-ci il sınaq ili olacaq'

Bunları nəzərə alsaq, deyə bilərik ki, dünya parlamentləri arasında ən sürətli büdcə müzakirələri, yəqin ki, Azərbaycandadır.

Ekspertlər hesab edir ki, büdcə müzakirələri də, digər bütün qanun layihələri üçün nəzərdə tutulan vahid prosedurlar çərçivəsində aparılmalıdır. Hətta ekspertlər təklif edir ki, Azərbaycan parlamentində büdcə müzakirələrinin effektivliyini yüksəltməkdən ötrü büdcə layihəsinin hazırlanması mərhələsində parlament iştirakçılığı təmin olunmalıdır.

XS
SM
MD
LG