Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:29

İkinci 'Nardaran işi' başladı: Dövlət vəkilləri təqsirləndirilənləri tanımır...


Elçin Qasımov
Elçin Qasımov

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun mühakiməsi yekunlaşmamış onun müavini Elçin Qasımovun da məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində onunla birlikdə daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alışov, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyev də hakim önünə çıxarılıb. Onların işinə Mayıl Bayramovun sədrliyilə, Rahib Salmanov və Samir Əliyevdən ibarət hakimlər heyəti baxır.

Buna da bax:​ 'Nardaran işi' ilə 'heykəl işi' arasında əlaqə varmış...

Dekabrın 20-də məhkəmənin hazırlıq iclasında bəlli olub ki, təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkili dövlət hesabınadı. Müdafiəçilərin çoxu da nəinki cinayət işinin materialları ilə tanış deyil, heç təqsirləndirilən şəxsləri tanımırlar. Vəkillərin bəzilərinə ittiham aktı bu gün təqdim olunub.

Elçin Qasımov bildirib ki, təqsirləndirilən şəxslərə də ittiham aktı, məhkəmə bildirişi dekabrın 19-da çatıb.

Hakim təqsirləndirilən şəxslərdən Vüsal Alışovun məhkəməyə ərizəsini elan edib. O, günahsız olduğunu vurğulayıb, işinə ədalətli baxılmasını, ona bəraət verilməsini istəyib.

Buna da bax: “Nardaran işi”ndə təqsirləndirilənin anası vəfat edib

Vəkillər cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Bu səbəbdən məhkəmənin hazırlıq iclası dekabrın 30-na qədər təxirə salınıb.

Adları çəkilən şəxslərin bir qismi Müsəlman Birliyi Hərəkatının üzvüdü. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir.

Buna da bax: Nardaran işi: Bu dəfə məhkəməni məhkumların yaxınları da tərk etdi...

Elçin Qasımov isə Nardaran hadisələrindən əvvəl – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Qasımova Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham verilib. Daha sonra ittihamların sırasına daha 11 maddə əlavə olunub. İttihamlar arasında terrorçuluq, kütləvi iğtişaş törətmə, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi maddələr var.

Buna da bax:

Taleh Bağırov aclıq aksiyasına başladı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

XS
SM
MD
LG