Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:29

Erməni partiya sədri: 'Azərbaycanın Ermənistana ərazi iddiası var' [video]


Tofiq Zülfüqarov: Netanyahunun səfəri Ermənistan cəmiyyətinə ciddi təsir göstərib
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Tofiq Zülfüqarov: Netanyahunun səfəri Ermənistan cəmiyyətinə ciddi təsir göstərib [video]

Ermənistanın keçmiş prezidenti, ana müxalifətin lideri Levon Ter-Petrosianın sülh çağırışı ölkədə birmənalı qarşılanmayıb. Bəziləri onu hətta İlham Əliyevin maraqlarına xidmət etməkdə günahlandırıblar.

Ter-Petrosyan nə istəyir?

Ter-Petrosyan, rəhbəri olduğu Milli Konqres Partiyasının qurultayında gələn ilki parlament seçkilərinə mehriban qonşuluq şüarı ilə getməyə çağırıb.

Bəzi erməni ekspertlər Ter-Petrosianın bu çıxışının beynəlxalq auditoriyaya hesablandığı qənaətindədilər. Azərbaycanın münaqişənin həllində maraqlı olmadığını düşünürlər.

Buna da bax:​ Ter-Petrosian təzədən hakimiyyətə gələrsə...

İsrail xarici işlər nazirinin Bakı səfəri

Azərbaycanın Keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov isə hesab edir ki, İsrailin xarici işlər nazirinin Bakı səfəri Ermənistan ictimaiyyətinə ciddi təsir göstərib. Elə bəlkə də Ter-Petrosianın son çıxışı Azərbaycanla İsrail hərbi əməkdaşlığının güclənməsindən doğur:

“Qısa müddətdə Azərbaycan yeni silahlar əldə edəcək və təbii ki, bununla da hərbi müdafiəsi imkanları daha da genişlənəcək. Bu amil Ermənistan ictimaiyyətinə ciddi təsir edir. Elə Ter-Petrosianın çıxışına qayıtsaq o da etiraf edir ki, Ermənistanın Azərbaycanla silah yarışmasında rəqib ola bilsin. Ter-Petrosian çıxışında bir cümlə işlədir. O bildirir ki, İlham Əliyev realist bir siyasətçidir və Ermənistan ictimaiyyətinin belə bir çağırışını zəiflik kimi dəyərləndirməyəcək”.

Buna da bax:​ Ermənistanda hakim partiyanın seçki siyahısına Sarkisian başçılıq edəcək

Erməni deputat: İlham Əliyev nəinki Qarabağ, Zəngəzur və Yerevandan danışır
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Ermənistana ərazi iddiası?

Ermənistanın Hakim Respublika Partiyasından Artak Zakarian AzadlıqRadiosu-nun erməni xidmətinə bildirib ki, indiki durumda ərazi güzəştlərindən danışmaq yersizdir. Zakarian əlavə edib ki, güzəşt o vaxt olar ki, problem çözülsün. Amma, onun fikrincə, Azərbaycanın nəinki problem çözmək arzusu var, əksinə Ermənistana ərazi iddiası ilə çıxış edir:

“Əlbəttə, biz öz mövqeyimizi yumşaldacağıq, amma torpaqların qaytarılmasından danışmaq düzgün deyil. Danışıqlar prosesində çox dəqiq və anlaşıqlı həll yolları ortaya qoyuldu və Azərbaycan tərəfinin son anda qəbul etmədiyi Kazan sənədi də buna sübutdur. Bizim hazır olmağımıza gəlincə, nə beynəlxalq ictimaiyyətin, nə də Minsk qrupunun buna heç bir şübhəsi yoxdur. Bizim məsələyə konstruktiv yanaşmamız hər zaman qiymətləndirilib. Amma Əliyev bu gün Yerevan, Zəngəzur və başqa ağlasığmaz şeylərdən danışır”.

Buna da bax:​ Ermənistan hakimiyyətindəki 'qarabağlı'lar

Ter-Petrosianın bu çıxışı Azərbaycana bir siqnaldır

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, Ter-Petrosianın bu çıxışı Azərbaycana bir siqnaldır. Amma əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm də 3-cü tərəflərdən asılıdır:

"Biz başa düşməliyik ki, Ter-Petrosian çox təhlükəli rəqibdir. Sarkisiana nisbətən daha bacarıqlı və daha təcrübəli siyasətçidir. O belə bir təklif edirsə, deməli, Ermənistanda durum birmənalı deyil. Sülhü və barışı istəyən qüvvələr Ermənistanda mövcuddur və bunu istəyən də nüfuzlu bir erməni siyasətçidir. Amma bunu açıq şəkildə demək lazımdır ki, 1998-ci ildə Sarkisian məhz Rusiyanın dəstəyi ilə Ter-Petrosianı devirdi və onun yerinə keçdi. Xarici amil bu konfliktdə hər zaman mövcuddur və çox əhəmiyyətlidir".

Buna da bax:​ Erməni mediası: Ümid "İskander"ə qalıb. Putindən küsənlər...

Bakı sakinlərindən soruşmuşuq: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları varmı?”

Cavabları özlərindən eşidək.

'Belə getsə, biz Qarabağı yuxumuzda görəcəyik'
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağda baş verən hərbi toqquşmada hər iki tərəf, rəsmi rəqəmlərə görə, onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Amma sülh danışıqları əvvəlki kimi intensiv deyil. Ermənistan prezidenti Serj Sarkisian bu günlərdə etiraf ki, avqust ayından bəri Azərbaycanla heç bir ciddi danışıq aparılmayıb. Azərbaycan isə Ermənistanı danışıqlardan qaçmaqda günahlandırıb.

XS
SM
MD
LG