Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:39

İlham Əliyev: 'İki uzunqulağın arpasını bölə bilməyənlər...'


İlham Əliyev
İlham Əliyev

«2016-cı ildə dünyada və regionda təhlükələr artıb, qanlı müharibələr davam edib. Hətta yeni münaqişə ocaqları yaranıb, iqtisadi inkişafla bağlı vəziyyət də ağırlaşıb. Bütün bunlara baxmayaraq, Azərbaycan öz inamlı inkişafını davam etdirib. Təhlükəsizlik tədbirləri təmin olunub, xalq sülh və əmin-amanlıq şəraitində yaşayıb».

*Youtube Kanalımıza Abunə olun - Hər gün yeni videolar izləyin

Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev belə deyib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

«Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir», - deyən prezident 2016-cı ilin ölkə tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayıb.

Prezident qeyd edib ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq: «Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2.6 faiz artım əldə olunub».

Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

MAAŞLAR 7 FAİZ ARTIB, YENƏ DƏ ARTMALIDIR

İlham Əliyevin deməsinə görə, bu iki rəqəm göstərir ki, Azərbaycan bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bilib: «Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq».

Prezident vurğulayıb ki, ötən il Azərbaycana 8 milyard dollar xarici, 3.7 milyard dollar daxili sərmayənin qoyulub: «2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Bəzi neft ölkələrindən fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi».

Ölkə başçısı Azərbaycanda görülən işləri beynəlxalq maliyyə qurumlarının da yüksək qiymətləndirildiyini söyləyib. O, əlavə edib ki, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır.

Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

İlham Əliyev: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”

“Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları”

AZƏRTAC xəbər verir ki, bunu prezident İlham Əliyev yanvarın 10-u Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dövlət başçısı vurğulayıb ki, bəzi qüvvələr onların işinə kölgə salmaq istəyir:

“Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik. Ölkəmizdə 100 mindən çox daimi iş yeri açılıb. Kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq”.

APREL ZƏFƏRİ...

İlham Əliyev 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə də toxunub: «Əks-hücum əməliyyatı nəticəsində ordumuz minlərlə hektar torpağı işğaldan azad edib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər».

«İNFLYASİYA BİRRƏQƏMLİ OLMALIDIR»

İdman uğurlarından da geniş bəhs edən ölkə başçısı inşaat sektorunun canlandırılması ilə bağlı tədbirlərin vacibliyini də vurğulayıb. O, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətindən, Bakıda köhnə binaların yerində yenilərinin tikintisinə start verilməsindən, «Ağ şəhər» layihəsinin icrasından danışıb.

İlham Əliyev 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının, bank sektorunun sağlamlaşdırılmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG