Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:00

'7,5 də 11 milyardın yanına gedəcək' [video]


Azərbaycan "müflis" ola bilər
Gözlə

No media source currently available

0:00 0:14:30 0:00

Azərbaycan "müflis" ola bilər [video]

İqtisadçılar Neft Fondu ilə bağlı həyəcan təbili çalır - bu gedişlə Fond boşalacaq.

Dövlət Neft Fondu ilk dəfədir ki, Mərkəzi Banka birbaşa vəsait ayırdı - 7,5 milyard manat.

7,5 milyard manat nəyə ayrıldı?

Buna da bax:​ Neft Fondu ilk dəfədir ki, Mərkəzi Banka da pul ayırır

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bitərəf üzvü Vahid Əhmədov deyir ki, prezidentin imzaladığı Strateji Yol xəritəsinə uyğun olaraq manatın məzənnəsinin müəyyən qədər qorunub saxlanması üçün Mərkəzi Banka maliyyə yardımı edilib.

“İndiki zamanda həm sahibkarların normal fəaliyyət göstərməsi üçün, həm əhali üçün, həm manata olan etimadın saxlanması üçün vacib atılan addımlardan biridir. Bunu etməmək də olardı, amma indiki vəziyyətdə iqtisadi sabitləşdirmə üçün, planları reallaşdırmaq üçün bunu etmək lazım idi”.

Bütün hallarda məzənnə ucuzlaşacaq

Bəzi müstəqil iqtisadçılar isə hesab edirlər ki, bu pul manatı xilas edə bilməyəcək.

Buna da bax:​ 'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

Məsələn, iqtisadçı Natiq Cəfərli hesab edir ki, bütün hallarda ilin sonuna qədər məzənnə 15-20 faiz ucuzlaşacaq.

Başqa bir iqtisadçı Qubad İbadoğlu deyir ki, manatın məzənnəsi ən yaxşı halda indiki səviyyədə qalacaq.

İqtisadçı Azər Mehtiyev deyir ki, indiyə qədər ictimai vəsaitin səmərəli istifadə olunmadığı halları olub, ümid edir ki, bu dəfə ayrılan pul təyinatı üzrə xərclənəcək.

İqtisadçılar son iki ildə manatın məzənnəsini qorumaq üçün Mərkəzi Bankın 11 milyard dollar xərcləməsini yada salırlar.

Buna da bax: İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı

Həmin vəsaitlərin də tonqalda yandırılması kimi bir şey olacaq

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, Neft Fondundan ayrılan bu dollarlar da həmin 11 milyardın yanına gedəcək:

“Perspektivli bir iş deyil. Azərbaycanda həmin vəsaitlərin də tonqalda yandırılması kimi bir şey olacaq. O pullar küləyə sovrulacaq. Həmin 7,5 milyarda heyfim gəlir. Bu qərar doğru qərar deyil və bütövlükdə götürəndə Azərbaycanın indiki nəslinin, gələcək nəslinin haqqının tapdanacaq".

Deputat Vahid Əhmədov isə deyir ki, Neft Fondu elə belə çətinliklərə düşəndə üz tutmaq üçündür:

“Fonddan elə istifadə belə şeylər üçündür. Düzdür, gələcək nəsillər üçün də saxlanmalıdır. Fondun 31 milyard manat ehtiyatı var, bunun 7,5 milyardı Mərkəzi Banka veriləcək. Bilmək olmur bu vəsaitin hamısı istifadə olunacaq, bəlkə bizdə elə olacaq ki, yarım ilin nəticəsinə görə, ixrac idxalı üstələyəcək? Buna görə də problemlərə baxmaq lazımdır, indidən demək olmur".

Buna da bax:​ Neft Fondu hər hərracda 30 milyon dollar satıb

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, hökumət manatı sərbəst buraxıb, onun gerçək məzənnəsini tapmasına imkan verməlidir ki, iqtisadiyyat sağlamlaşsın.

İqtisadçı deyir ki, Fondun büdcəsinin kəsiri kəskin artır. İlk dəfədir ki, Neft Fondu büdcəsinin kəsiri onun xərclərinin 42,2 faizini təşkil edəcək.

Onun sözlərinə görə, hələ də aydın qaydalar yoxdur ki,

• Hər il Fonddan gəlirlərin neçə faizi çıxarıla bilər?

• Uzun müddətli yığım və xərcləmə qərarları hansı prinsiplərlə verilir?

• Hansı xərc maddələri Fonddan maliyyələşdirə bilər, hansılar maliyyələşdirilə bilməz?

Buna da bax: 'Əsas günahkarlar, başda Mərkəzi Bank olmaqla, bankirlərimizdir'

Mövzu ilə bağlı Bakı sakinlərinin də fikrini soruşmuşuq: "Neft Fondunun xərclər artır, bu barədə nə düşünürsüz?"

Neft Fondunun pulları indi xərclənsin, ya gələcəyə saxlansın?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Neft Fondu 1999-cu ildə yaradılıb. Məqsəd neft gəlirlərinin səmərəli idarə edilməsi, həmin vəsaitlərin vacib sahələrin inkişafına yönəldilməsidir.

XS
SM
MD
LG