Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:06

Məhkəmə işlərinin 82 faizi kredit borclarına görədir


arxiv
arxiv

Azərbaycanda 2015-ci il və 2016-cı ilin birinci yarısında aparılan məhkəmə işlərinin statistikası açıqlanıb. Bu barədə vəkil Cavad Cavadov məlumat verib. C.Cavadov bildirib ki, Dövlət Statistika Komitəsindən təqdim edilən məlumata görə, 2015-ci ildə məhkəmələrdə 228 min 428 mülki işə baxılıb. 2016-cı ilin yalnız birinci yarısında isə bu göstərici 166 min 43 iş olub.

2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171 min 664 iş kredit münasibətləri ilə bağlı olub, bu da ümumi işlərin 75 faizini təşkil edib.

Ötən ilin ilk 6 ayı ərzində isə kreditlərlə bağlı məhkəmə işlərinin sayı 136 min 231 olub. Bu isə işlərin ümumi həcminin 82 faizidir.

Vəkil bildirib ki, 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam etməsi gözlənilir.

Statistik rəqəmlərə görə məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada, yəni tərəfləri dəvət etmədən, əmr icraatı qaydasında baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115 min 415 məhkəmə əmri qəbul edilib və bu həmin işlərin 84 fazini təşkil edir”.

Kredit problemi həll olunmasa, bunu axırı hara gedir? Kredit borcu olanın şansı varmı? Ya pulu qaytara bilməyənə həbsə düşmək daha asan yoldur?

Hüquqşünas Əkrəm Həsənov məhkəmələrdə daha çox baxılan işlərin bank borcları olduğunu təsdiqləyir. Ekspertin sözlərinə görə, vətəndaşlar məhkəmə qərarı ilə banka olan borclarını qaytara bilmirlərsə, əmin olmalıdırlar ki, onlara heç kim heç nə edə bilməz.

Əkrəm Həsənov deyir ki, vətəndaşlar özlərini düzgün müdafiə edə bilsələr, həbs məsələsi olmaz. Ekspertin sözlərinə görə, vətəndaşlar məhkəmələrdən qorxmasınlar, əksinə, bu məsələlərin məhkəmə müstəvisinə daşınmasına çalışsınlar. Əkrəm Həsənov bunu onunla əsaslandırır ki, bankların indi çoxsaylı məhkəmə prosesi aparmaq imkanı yoxdur və bu hal baş verərsə, banklar borclulara güzəştə getməyə məcbur ola bilər.

Əkrəm Həsənov: "vətəndaşlar özlərini düzgün müdafiə edə bilsələr..."
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Samir Əliyev deyir ki, girov müqabilində kredit götürülübsə, banklar çalışır ki, müştəri həmin borcu qaytarsın. Ekspertin fikrincə, əgər həmin müştərinin ödəmək qabiliyyəti yoxdursa, müştərinin özü də məhkəməyə müraciət edə bilər. Onun sözlərinə görə, məhkəmə yaşayış minimumunu və müştərinin gəlirini nəzərə almalıdır.

Samir Əliyev: "müştərinin ödəmək qabiliyyəti yoxdursa..."
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00
Direct-ə keçid

Hüquqşünas Müzəffər Baxışov deyir ki, məhkəmə qərarından sonra borclu həmin qərarın tələblərini icra etmirsə, o zaman cinayət işi açıla bilər. Onun sözlərinə görə, əgər istintaq zamanı aydınlaşsa ki, həmin şəxs qərəzli şəkildə məhkəmə qərarının icrasından boyun qaçırıb, onda borcluya ittiham verilə bilər. Hüquqşünas təəssüflənir ki, əksər hallarda istintaq məsələni ciddi araşdırmadan borclu haqqında ittiham irəli sürür.

Müzəffər Baxışov: "əksər hallarda istintaq məsələni ciddi araşdırmadan..."
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00
Direct-ə keçid

XS
SM
MD
LG