Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:40

Cocuq Mərcanlı şagirdləri Tarix muzeyində


Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdləri Azərbaycan Tarixi Muzeyində.
Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdləri Azərbaycan Tarixi Muzeyində.

Fevralın 24-də Milli Azərbaycan Tarixi Muzeyində Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdlərinə “Azərbaycan etnoqrafiyası” mövzusunda açıq dərs keçirilib.

Muzeydən AzadlıqRadiosu-na verilən xəbərə görə, açıq dərsi Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova keçib.

Buna da bax:​ Qarabağa 'qayıdış planı', yoxsa şou?

Daha sonra məktəblilər Muzeyin ekspozisiya zallarına baxıblar.

Bu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində keçirilən növbəti tədbirdir.

Fevral ayı “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub.

Buna da bax: Sığorta şirkətləri Cocuq Mərcanlıda əmlakı sığortalamaq istəmir

Məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, etnoqrafiyası, incəsənəti ilə tanış etmək, onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizəsinə yönəltməkdir.

XS
SM
MD
LG