Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:57

'Belə çıxır, MİDA da bu işdən pul qazanmaq niyyətindədir'


İqtisadçı: İpoteka kreditlərində maksimum hədd 100 min manat ola bilər
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

İqtisadçı: İpoteka kreditlərində maksimum hədd 100 min manat ola bilər (Arxiv)

Yasamal Yaşayış Kompleksinin gələn ilin ortalarına qədər təhvil verilməsi gözlənilir. Bunu jurnalistlərə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, kompleksdəki mənzillər bazarda satışda olan adi mənzillərlə müqayisədə 20-25% ucuz olacaq: «Mənzillərin qiyməti sonda bilinəcək, amma düşünürəm ki, bu mənzillərin dəyəri real bazar qiymətlərindən təxminən 20-25% aşağı olacaq. Çünki torpaq və digər vasitələri dövlət pulsuz təmin edir».

REGİONLARDA SOSİAL MƏNZİLLƏR TİKİLƏCƏK

MİDA rəhbəri onu da deyib ki, regionlarda da belə mənzillər tikiləcək: «Araşdırdıq və məlum oldu ki, hazırda əsas tələb Bakıdadır. Ona görə də, birinci və ikinci yaşayış kompleksləri paytaxtda inşa edilir. Çox güman ki, üçüncü də Bakıda olacaq. Amma biz regionları da diqqətdə saxlayırıq və artıq bəzi ərazilərdə olmuşuq. Yəqin ki, regionda ilk belə kompleks əsas şəhərlərdən birində olacaq».

Buna da bax-Evlərin sahəsi azalır

Sosial evlər hazırda Yasamalda tikilir. Növbəti belə evlər isə Hövsanda tikiləcək. Ekspertlər bu evlərin gözləntini doğrultmadığını deyirlər. Belə ki, etiraz doğuran məqamlardan biri sosial evləri almaq hüququ qazanan kateqoriyalarla bağlıdır. Qaydalara görə, bu evləri yalnız güzəştli ipoteka ala bilənlər əldə edəcək. Geniş gözlənti isə bu evlərin aztəminatlı olan bütün ailələrə və onların üzvlərinə aid edilməsi idi.

«MAYA DƏYƏRİNİ AŞAĞI SALAN AMİLLƏR DAHA ÇOXDUR»

Bəs, bu evlərin qiyməti necə olacaq? Hər halda MİDA rəhbəri deyib ki, bazardan 20-25 faiz az olacaq. Bu, nə anlama gəlir?

Buna da bax-Deputatların ev qalmaqalı

Əmlak məsələləri eksperti Rəşad Əliyev deyir ki, bu evlərin maya dəyərini yüksəldən və aşağı salan amillər var: «Yüksəldən amil odur ki, evləri MİDA birbaşa yox, subpodratçılar tikir. Digər amil isə mənzillərin sahəsinin az olmasıdır ki, bu da hər kvadrata düşən maya dəyərini, az da olsa, artırır».

Ekspert əlavə edir ki, maya dəyərini aşağı salan amillər isə daha çoxdur. Bura torpağın pulsuz alınması, kommunal qovşaqlara qoşulmasının (qaz, işıq, su) asanlığı və tikintiyə icazələrlə bağlı xərclərin cüzi olması aiddir. R.Əliyevin fikrincə, buna görə də, mənzillərin qiymətlərinin aşağı olması təbiidir. Maya dəyəri buna görə də minimum 20% aşağı olmalıdır. Ekspert bildirir ki, əgər MİDA qiymətlərin 20-25% ucuz olacağını anons edirsə, belə çıxır ki, o da bu işdən pul qazanmaq niyyətindədir: «Ancaq burda başqa bir məsələ var ki, digər tikinti şirkətlərinin buna münasibəti necə olacaq. Yəni, haqsız rəqabət məsələsi necə olacaq? MİDA-nın tikdiyi binalar «ekonom» sinfinə aiddir və bu sinfə aid mənzil tikənlər də çoxdur».

XS
SM
MD
LG