Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:44

Azərbaycanda QHT-lər arasında yeni çəkişmə: Bakı öhdəliklərini yerinə yetirib, ya yox?


Arxiv fotosu
Arxiv fotosu

Kolumbiyanın Boqota şəhərində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinin iclası keçirilir. Azərbaycanın statusu ilə bağlı məsələ iclasın gündəliyində olan əsas məsələlərdəndir. İclasın yekununda Azərbaycanın statusu ilə bağlı qərar veriləcək.

Bununla bağlı Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası (MSŞA) Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinin hazırda Boqotada keçirilən iclasına müraciət ünvanlayıb. İdarə Heyəti üzvlərinə ünvanlanan müraciətdə deyilir ki, Azərbaycan vətəndaş cəmiyyətinin problemlərinin həll olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. MSŞA QHT Koalisiyası MSŞT üzrə beynəlxalq idarə heyətinin 36-cı iclası öncəsi Koalisiya üzvlərinin mövcud problemlərini üzv təşkilatlarından alınan məlumatlar əsasında ümumiləşdirərək sistemli təhlil edərək qruplaşdırıb və problemlər sadalanıb.

Bununla yanaşı Mədən Sahəsində Şəffaflığın Artırılması Təşəbbüsü üzrə QHT Koalisiyasının üzvü olan 140 təşkilatdan 94-ü MSŞT beynəlxalq idarə heyətinin hazırda Boqotada keçirilən iclasının iştirakçılarına müraciət ediblər. Həmin müraciətdə isə qeyd olunub ki, MHŞT yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir. Sənəddə qeyd olunub ki, MSŞT beynəlxalq idarə heyətinin irəli sürdüyü Tədbirlər və Tövsiyələr Planı yerinə yetirildikdən sonra vətəndaş cəmiyyəti ilə bağlı vəziyyət xeyli yaxşılaşıb.

Sözügedən sənədə imza atan QHT-lər qrupunun nümayəndəsi, Koalisiyanın Şura üzvü və keçmiş Çoxtərəfli Qrup üzvü Əliməmməd Nuriyev deyir ki, koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hokumət müvafiq qərarlar qəbul edib. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probləmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcək.

Koalisiyanın Şura üzvü bildirir ki, ölkədə QHT, vətəndaş cəmiyyəti problemlərinin həlli istiqamətində atılan müsbət addımlar nəzərə alınmaqla Azərbaycanın MSŞT-dəki statusu bərpa olunmalıdır. Onun sözlərinə görə, bu, Azərbaycanın vətəndaş cəmiyyəti üçün bir fürsətdir. Əliməmməd Nuriyev Koalisiya Şurası adından Beynəlxalq İdarə heyətinə müraciət göndərmiş Koalisiyanın 6 üzvünü beynəlxalq idarə heyətini yanlış məlumatlandırmaqda ittiham edir. Onun sözlərinə görə, həmin şəxslər Azərbaycanın bu təşkilatdan çıxarılması üçün çalışırlar.

Əliməmməd Nuriyev: "problemlərin həlli istiqamətində atılan müsbət addımlar..."
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Əliməmməd Nuriyev bildirir ki, beynəlxalq idarə heyətinin iclasında Azərbaycanla bağlı mənfi qərar qəbul olunsa, bu ölkənin MSŞT prosesini təhlükə altına ala bilər.

Koalisiyanın Şura üzvü ümid edir ki, müraciətdə qeyd olunanlar, eyni zamanda 94 nəfər vətəndaş cəmiyyətinin üzvünün iradəsi nəzərə alınmaqla Azərbaycanla bağlı müsbət qərar veriləcək.

Əliməmməd Nuriyev: "qərar mənfi olsa..."
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası adından MSŞT beynəlxalq idarə heyətinə müraciət etmiş Koalisiya Şurasının üzvlərindən biri Akif Qurbanov isə bildirir ki, beynəlxalq idarə heyətinin Astana toplantısında vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılması ilə bağlı Azərbaycanın qarşısına qoyulan tələblər yerinə yetirilməyib.

Akif Qurbanov deyir ki, mövcud durum həmin problemlərin həlli istiqamətində hər hansısa bir ciddi irəliləyişlərin olmasından danışmağa imkan vermir. Koalisiyanın Şura üzvü bildirir ki, QHT və vətəndaş cəmiyyəti istiqamətində olan problemlər hələ də olduğu kimi qalmaqdadır. Akif Qurbanov qeyd edir ki, hazırda beynəlxalq idarə heyətinin gündəliyində Azərbaycanın statusunun dayandırılması məsələsidir.

Onun sözlərinə görə Azərbaycan hökuməti problemləri həll etmək əvəzinə fikir çaşdırmaqla məşğuldur. Akif Qurbanov deyir ki, cəmiyyətdə belə bir fikir formalaşdırılır ki, guya Azərbaycan bu təşkilatdan çıxarılır, hansı ki bu məsələ həqiqətuyğun deyil.

Akif Qurbanov: "tələblər yerinə yetirilməyib"
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Akif Qurbanov deyir ki, MSŞT beynəlxalq idarə heyəti vaxt verir ki, tövsiyyələr yerinə yetirilsin. Onun sözlərinə görə hökumət həmin tövsiyyələri yerinə yetirmir,vaxtı uzadır, hansısa bir texniki dəyişikliklər edir və bunu dəyişikliklərin tendensiyası kimi qələmə verərək yeni uğurlar əldə etməyə çalışır.

Koalisiya Şura üzvü bildirir ki, statusun dayandırılması ölkədə vətəndaş cəmiyyətində problemlərin hələ də mövcudluğunu, hesabatlılığın olmadığını göstərir və hökumətin nüfuzunu, kredit imkanlarını aşağı salır. Onun sözlərinə görə hökumət çalışır ki, hökumət az işlər görməklə daha çox şeylər əldə etsin.

Akif Qurbanov :"hökumət çalışır ki...."
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

MSŞT Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

MSŞT-nin beynəlxalq idarə heyətinin otən il oktyabrın 26-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən iclasında Azərbaycanın təşkilatdakı üzvlüyə namizəd statusu saxlanılmışdı. Azərbaycana vətəndaş cəmiyyəti sahəsindəki problemlərin həll edilməsindən ötrü yenidən mart ayınadək vaxt verilmişdi.

XS
SM
MD
LG