Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:48

Fermerlər ötənilki pambığın yığım pulunu almayıblar


Pambıq
Pambıq

«Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır. Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələrə daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm. Prezident Administrasiyası, kənd təsərrüfatı, iqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha çox pul əldə etsinlər».

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ötən ilin sentyabrında Sabirabad şəhərində pambıqçılığın inkişafına dair respublika müşavirəsində deyib. Bunun ardınca «Ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə» fərman verilib.

Həmin sənəddə pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə 10 qəpik subsidiya ayrılması nəzərdə tutulub.

Lakin ölkənin Aran bölgəsindən olan fermerlər bildirir ki, emal müəssisəsi onlardan yığılan pambığın bir hissəsini «çıxdaş» kimi qeyd etdiyindən, 8-9 qəpiklik qiymət artımını hiss etməyiblər. Vəd olunan yeni artım da olmayıb. Üstəlik, ötən ilin məhsulunun yığım haqqı, hələ də, onlara ödənilməyib.

Rafiq Məmmədov
Rafiq Məmmədov

Xubyarlı kəndinin sakini Rafiq Məmmədov deyir ki, pambıqdan qazancı kağız üzərində qalan «yığım pulu» olub: «Mən ötən il 10 hektar sahədən 32 ton məhsul götürmüşəm. Xərcləri güclə bağladım, əl-ələ, baş-başa çıxdım. Yığım pulu olaraq hər kiloqrama görə 10 qəpik ödənilməlidir, bu da 3200 manat edir. İnanın ki, bütöv ilə görə qazancım elə bu ola bilər, onu da verməyiblər».

MƏŞƏDİ İBAD YANAŞMASI...

Məzrəli kəndinin sakini Qurban Süleymanov hökumətin «yığım pulu»nu gecikdirməyini «O olmasın, bu olsun» filmində Məşədi İbadın hambala 20 qəpiyi əsirgəməsinə bənzədir: «Hökumət hər oyuna pul tapır, bizə gələndə bu 10 qəpik müşkül məsələ olub. Bununla bağlı dəfələrlə müraciət etmişik, elə deyirlər, gözləyin. Artıq yeni mövsüm başlayıb. Belə süründürməçilik adamların əlini işdən soyudur, ruhdan salır».

İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Səlim Məhərrəmov bildirir ki, fermerlərin narahatlığına yaxın günlərdə son qoyulacaq:

«UZAĞI 10 GÜNƏ...»

«O qərar fermerlərə dəstək olaraq sonradan verildi və 2016-cı ilin məhsuluna da şamil edildi. Zəruri və mərhələli sənədləşmə işi xeyli vaxt apardı. Bu məsələ təkcə İmişli ilə bağlı deyil. Respublikanın heç bir bölgəsində pambıq yığımına görə pul ödənilməyib. Bankdan bizə bildirilib ki, həmin vəsaitlər uzağı 10 günə istehsalçıların kartlarına köçürüləcək. Daha bu il yığıma görə subsidiyanın ödənilməsində ləngimə olmayacaq».

İdarə rəisi onu da bildirdi ki, İmişli rayonu üzrə cari il əvvəlkindən 2 dəfə çox – 10 min 140 hektar sahədə pambıq əkini planlaşdırılıb.

Aranlı fermerlər təşfişə düşüblər
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

XS
SM
MD
LG