Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:48

Ermənistanda ömürlük həbs cəzası alan Valery Permyakov Rusiyaya verildi


Valery Permyakov
Valery Permyakov

Ermənistanda erməni ailəsinin qətlinə görə ömürlük həbsə məhkum edilən Rusiya əsgəri Valery Permyakov cəzasını Rusiyada çəkəcək.

Bu barədə “PanArmenian” saytı mayın 18-də Ermənistanın ədliyyə nazirliyinə istinadla məlumat yayıb.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, Moskva onun Rusiya ərazisində ömürlük həbs cəzası çəkəcəyinə təminat verib.

Xatırladaq ki, Ermənistan Gümrü şəhərindəki 102-ci Rusiya bazasının əsgəri Valery Permyakob 2015-ci il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvünü avtomat silahla qətlə yetirib.

O, bundan sonra Türkiyəyə keçməyə cəhd göstərib, amma sərhədçilər tərəfindən saxlanıb.

Permyakov 2015-ci ilin avqustunda keçirilən məhkəmə prosesində qətl törətdiyini etiraf edib, amma ifadə verməkdən imtina edib.

Rusiyanın Hərbi Qarnizon məhkəməsi fərrariliyə görə Permyakovu 10 il azadlıqdan məhrum edib.

Ölümlə bağlı məhkəmə işini isə Ermənistan tərəfi aparıb və 2016-cı il avqustun 23-də ona ömürlük həbs cəzası kəsilib.

XS
SM
MD
LG