Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:45

İtaliyada ilk dəfə Azərbaycan film festivalı keçiriləcək


Mariya Valverde və Adam Bakri (Əli və Nino obrazında)
Mariya Valverde və Adam Bakri (Əli və Nino obrazında)

İyunun 22-24-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə Azərbaycan film festivalı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycanın İtaliyadakı səfirliyinə istinadla yaydığı xəbərə görə, festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın İtaliyadakı səfirliyinin, AzərTAC-ın, “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” İnformasiya Agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə baş tutacaq.

Buna da bax:​ Kann festivalı-2017-ni ‘Kvadrat’ qazandı

Festival iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə açılacaq.

Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları olacaq.

Festivalda 6 bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla göstəriləcək. Festival çərçivəsində “Bir günəş altında” və “Əbədi ezamiyyət” sənədli filmləri də nümayiş olunacaq.

XS
SM
MD
LG