Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:32

Kamal Abdulla 'Dansökülən variant'ı hazırladı


Kamal Abdullanın “Kitabi-Dədə Qorqud poetikasına giriş" kitabı
Kamal Abdullanın “Kitabi-Dədə Qorqud poetikasına giriş" kitabı

İyulun 7-də Dövlət “Yuğ” Teatrında Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş. “Dansökülən variant” kitabının təqdimatı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin teatra istinadla yaydığı xəbərə görə, monoqrafiya müəllifin “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının məntiqi davamıdır.

Buna da bax:​ Kamal Abdullanın 'Yarımçıq əlyazma'sı bu dəfə gürcü dilində

Xəbərdə bildirilir ki, əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma diqqət çəkir. “Kitabi-Dədə Qorqud” kimi çox qədim və müxtəlif tarixi dönəmlərin əlamətlərini daşıyan mətnlərə belə yanaşma bədiilik qatının dərindən təhlilinə yol açır. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının ayrı-ayrı incələnməsi sonrakı birgə təhlilə özül yaradır.

XS
SM
MD
LG