Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:26

VIII Avropa film festivalı başlayır


Film
Film

Noyabrın 2-dən 12-dək Bakıda VIII Avropa Film Festivalı keçiriləcək.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə baş tutacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Aİ-nin Azərbaycandakı nümayəndəliyinə istinadla yaydığı xəbərə görə, festival proqramına 21 film daxildir.

Onlardan üçü-Azərbaycan (1 film), Böyük Britaniya (1film), Norveç (1 film), qalanları isə Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.

Festivala Avropanın tanınmış film rejissorları da qatılacaq.

Qonaqlar arasında Bolqarıstandan Dimitar Kotzev, Belçikadan Kadır Balcı, Portuqaliyadan Joao Nikolau, Hollandiyadan Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçirəcəklər.

Filmlərin nümayişindən sonra interaktiv müzakirələr aparılacaq.

XS
SM
MD
LG