Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:13

Dünyanın ən qədim xalısından bəhs edən kitab nəşr olunub


“Pazırık xalısı – rəmzlər dünyası” kitabı.
“Pazırık xalısı – rəmzlər dünyası” kitabı.

Pazırık xalısı – rəmzlər dünyası” kitabının nəşri başa çatdırılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, kitab bu qurumun dəstəyi ilə işıq üzü görüb.

Kitabın müəllifi tədqiqatçı, xalçaçı rəssam Məmmədhüseyn Hüseynovdur.

Kitabda ötən əsrin ortalarında Dağlıq Altayın Pazırık (Basırıq - red.) vadisindəki kurqanlardan birində tapılmış dünyanın ən qədim xalısı sayılan Pazırık xalısı ilə bağlı araşdırmalar yer alıb.

2500 yaşı olduğu deyilən Pazırıq xalısı (4,5×6,5 metr) Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.

Buna da bax: Nazim Hikməti, Çe Gevaranı görmüş azərbaycanlı [audio]

4 hissədən ibarət kitabda Pazırık xalısının tarixi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləriylə bağlı məsələlər araşdırılıb.

Müəllif xalının oğuz türklərinə aid olmasını əsaslı dəlillərlə sübut edib.

Kitabın son səhifələrində türk, rus və ingilis dillərində xülasə verilib.

“Pazırık xalısı – rəmzlər dünyası” kitabı “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.

Kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

“Pazırık xalısı – rəmzlər dünyası” kitabı.
“Pazırık xalısı – rəmzlər dünyası” kitabı.

XS
SM
MD
LG