Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Azərbaycan neftdən başqa nə ixrac edir? [video]


Azərbaycan neftdən başqa xaricə nələr satır?
Gözlə

No media source currently available

0:00 0:14:27 0:00

Azərbaycan neftdən başqa xaricə nələr satır? [A-Live]

Azərbaycan ötən 11 ayda xaricə 140 milyon dollarlıq pomidor satıb. Pomidor qeyri-neft sektoru üzrə ixracda birincidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dekabrın 18-də yaydığı məlumatına görə, 2017-ci ilin ilk 11 ayında qeyri-neft sektorunda ümumi ixrac 1 milyard 387 milyon dollar olub. Yəni, ötən ildəkindən 22 faiz çox.

Bu quru statistikanın arxasındakı reallığı bir də xaricdə yaşayan azərbaycanlılarla yoxlayaq. Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın hansı məhsullarını yaşadıqları şəhərdə görürlər? Bir neçə ölkədə bu mövzuda azərbaycanlılarla söhbət etmişik:

Buna da bax: Çexiya neftin üçdə birini Azərbaycandan alır

Hikmət Qasımzadə ABŞ: “Mən dükanda “Jalə” firmasının nar şirlərini görmüşəm. Qiymət ABŞ bazarı üçün normal idi, 6 dollar və sizə deyim ki, dadı da yaxşı idi”.

Satışda olan "Azərçay" brendi
Satışda olan "Azərçay" brendi

Səmra Sədrəddinli Almaniya: “Mən 3 il Gürcüstanda yaşamışam. Orada qənd, çay, şəkər və digər məhsullara çox rast gəlinirdi. 3 aydır Almaniyada yaşayıram. Burada “rus marketi” kimi tanınan dükanlarda Azərbaycan istehsalı olan şərab və "Azgranata" şirkətinin istehsal etdiyi meyvə şirələrinə rast gəlmişəm".

Buna da bax: İsa Qəmbər: 'Ölkə ağır böhran içindədir'

Amma heç bir məhsula rast gəlməyənlər də var. Məsələn, Norveçdə yaşayan yazıçı-şairə Günel Mövlud deyir ki, o Azərbaycan istehsalı olan hər hansı məhsula rast gəlməyib. Amma Çexiyanın paytaxtı Praqada “AzərÇay” satıldığını görüb.

Rəsmi statistikaya görə Rusiya Azərbaycan məhsullarının ixrac bazarında birinci yeri tutur. Növbəti sırada Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya gəlir.

Qeyri-neft sektorunda ilk üçlükdə pomidor, qızıl və qabığı təmizlənmiş meşə fındığı gəlir.

Buna da bax: Azərbaycan məhsulları Dubaya aparılır

11 ayda pambıq ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz artıb.

Prezident İlham Əliyev bu ilin oktyabrda Qobustan səfərində vurğulamışdı ki, 2018-ci il sürətli iqtisadi inkişaf ili olacaq.

Vahid Əhmədov
Vahid Əhmədov

Millət vəkili Vahid Əhmədov düşünür ki, gələn ilin inkişaf edəcəyi göz önündədir:

“İlk dəfə olaraq bu il Azərbaycanda ixrac idxalı üstələyib. Ticarət balansında 1 milyarda yaxın müsbət saldo yaranıb. Qeyri-neft sektorunda, kənd təsərrüfatında, turizm sektorunda çox ciddi inkişaf var. Sənaye parklarının, sənaye məhəllələrinin yaradılması onu deməyə əsas verir ki, 2018-ci ildə qeyri-neft sektorunda artımlar gözlənilir. Cənab prezident də bunu nəzərdə tutaraq, vurğulayır ki, 2018-ci ildə iqtisadiyyatda dirçəliş ili olacaq”.

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

Vahid Əhmədov vurğulayır ki, ixracda bir pəncərə sisteminə keçid, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımları strateji yol xəritəsinin uğurlu icrasını göstərir.

Real Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli o qədər də optimist deyil. O, əsas ixrac məhsullarını təhlil etdikdə bu nəticəyə gəlir. Deyir ki, əvvəla “AzərÇay” brendi ilə xaricə satılan məhsul yalnız Azərbaycanda qablaşdırılır, çayın özü isə Hindistandan alınır.

Natiq Cəfərli meyvə-tərəvəz ixracındakı artımı 2016-ci ilin noyabrına qədər Rusiya ilə Türkiyə münasibətlərinin korlanması və Türkiyə məhsullarının idxalına qadağa ilə əsaslandırır. O düşünür ki, Azərbaycanın rəqabətə dayanıqlı məhsul istehsal edə bilməsinə illər lazımdır:

Buna da bax: 'Ən geridə qalan Avropa ölkələrində belə ərzaq məsrəfləri 30 faizi keçmir'

Natiq Cəfərli
Natiq Cəfərli

“Çünki həm altyapı, infrastruktur yoxdur, həm də regionun özündə çox ciddi rəqiblər var. Tutalım, Azərbaycanda istehsal olunan yüngül sənaye məhsulları Çində istehsal olunandan çox baha başa gəlir. Yəni, Çinlə rəqabətə girmək çətin olur. Ya da keyfiyyətə görə Türkiyə məhsulu ilə rəqabət apara bilmir. Elə Azərbaycanın özündə satılan yüngül sənayenin əsasən Türkiyənin payına düşür. Ona görə də rəqabət qabiliyyətimiz bu sahələrdə çox zəifdir. Bunun üçün illər lazımdır, infrastruktur qurulmalıdır”.

Buna da bax: Yığılan pambıq 200 min tonu keçdi

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, sizcə, Azərbaycan başqa ölkələrə neftdən başqa hansı məhsullar sata bilər?:

Sizcə, Azərbaycan başqa ölkələrə neftdən başqa hansı məhsullar sata bilər?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Azərbaycan hökuməti bəyan edir ki, əsas məqsəd iqtisadiyyatın neftdən asılılığını azaltmaqdır. Özəlliklə, 2015-ci ildə iqtisadi böhrandan sonra hökumət bu sahədə ciddi addımlar atdığını bildirir. 2016-cı ilin martında prezident İlham Əliyev iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair yol xəritələri təsdiq edib. Bu sənədlərin icrasına 2017-ci ildən başlanıb. Əsas məqsəd də müxtəlif sahələr üzrə inkişafa nail olmaqdır. Rəsmilər planın uğurla icra edildiyini bildirirlər. Amma hökumətin tənqidçiləri ölkədə inhisar, korrupsiya, məmur biznesi kimi hallar aradan qaldırılmayınca, bu planların uğurla icra ediləcəyinə şübhə ilə yanaşırlar.

XS
SM
MD
LG