Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:49

'Çudo Peçka işi': '2 milyon istədilər, 1 milyon 200 minə razılaşdıq'


"Çudo peçka"
"Çudo peçka"

"2010-cu ildə MTN əməkdaşları məni saxladı, 2 milyon manat pul istədilər. Biz bazarlıq eləyib qiyməti aşağı saldıq, 1 milyon 200 minə razılaşdıq. Məcbur olub şirkətin on faizini satıb, pulu onlara verdik. Yeni mağaza açanda işıq çəkmək üçün müraciət elədik, təsəvvür edin, bundan ötrü bizdən yüz min manat pul istəyirdilər. Pullar belə şeylərə xərclənirdi...", – "Çudo Peçka"nın baş direktoru Pərviz Cəlilovun sözləridir.

O, "Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi, həbsdə olan işadamı Çingiz Cəlilovun qardaşıdır. Yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşının işi üzrə şahid qismində ifadə verib.

Ç.Cəlilov "Bank Standard"dan götürülmüş kreditləri qaytarmamaqda, 14 milyon manatlıq mənimsəmədə suçlanır.

Buna da bax: 'Çudo Peçka'nın sahibi həbs olunub

Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Ç.Cəlilov özünü təqsirli bilmədiyini deyib.

“HƏR AY 650 MİN MANAT QAYTARIRDIQ”

Ç.Cəlilov başına gələnlərə bankın İdarə Heyətinin sədri olmuş, hazırda isə haqqında axtarış qərarı çıxarılmış Səlim Krimanı günahlandırır. Elə qardaşı Pərviz Cəlilov da eyni fikirdədir.

P.Cəlilov bildirib ki, 2001-ci ildə "Çudo-Peçka" şirkətini yaradıblar: "Orta hesabla ildə 2-3 dükan açırdıq. 2006-2008-ci illərdə bankdan kredit götürüb qaytardıq. Hər ay 650 min manat pul qaytarırdıq. 2009-cu ildə bankın sədri Kriman Səlim təklif etdi ki, şirkəti onlara verək. Bizim banka borcumuz var idi. Biz məcbur olub onların şərtləri ilə razılaşdıq və şirkəti onlara verdik".

Buna da bax: 'Çudo-Peçka'ın sahibi: ‘Dedi ki, bu, keçmiş nazir və xanımının qərarıdı…’

Şahidin dediyinə görə, bundan sonra onları şirkətə yaxın buraxmırdılar, fəaliyyəti haqqında heç bir məlumat vermirdilər. Amma beş il sonra aralarındakı müqavilə pozulub, məhkəmə şirkətin onlara qaytarılması barədə qərar çıxarıb: "Şirkəti bizə qaytaranda artıq pis vəziyyətdə idi, yeyib dağıtmışdılar. İşçilərin maaşlarını verməmişdilər, yüzminlərlə borc yaranmışdı".

P.Cəlilov deyir ki, sonradan yeni borclar yaranıb və onları qaytara bilməyiblər.

Onun sözlərinə görə, bankdan 18 milyon kredit götürüblər, onun da 15 milyonunu qaytarıblar: "Bu vəziyyətə düşməyimizə səbəb həmin bank və Kriman Səlimdir. Kriman deyirdi ki, onun rəhbərləri Heydər Babayev (keçmiş iqtisadi inkişaf naziri) və onun həyat yoldaşıdır. Onlar göstəriş vermişdi ki, bizi məhkəməyə versinlər".

İşadamının məhkəməsi yanvarın 25-də davam edəcək.

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi olan Ç.Cəlilov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Səlim Kriman də 41 epizod üzrə təqsirli bilinərək, barəsində axtarış qərarı çıxarılıb. O, banka 114 milyon 757 min manat ziyan vurmaqda suçlanır.

Buna da bax:

'Çudo Peçka'nın sahibi həbs olunub
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

XS
SM
MD
LG