Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:34

Londonda ‘izahedilməz mülkü’ olan təkcə Cahangir Hacıyev deyil…


Londonda daha kimlərin mülkləri təhlükəyə düşür?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Londonda daha kimlərin mülkləri təhlükəyə düşür?

Dünyanın bir çox tanınmış media qurumları azərbaycanlı bankirin xanımı Zamirə Hacıyevanın Londondakı sərvətindən yazır.

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva sərvətinin mənbəyini göstərə bilməsə onun 15 milyon dollarlıq müklü Britaniyada müsadirə edilə bilər.

"Cahangiri qurban seçdilər..."

Cahangir Hacıyevin ailəsi Zamirə Hacıyeva haqqında səslənən ittihamları qəbul etmir. Keçmiş bankirin bacısı Əminə Hacıyeva deyir ki, bütün bunlar böhtandır. O iddia edir ki, Londona Bakıdan saxta sənədlər göndərilib:

“Necə ki, birinci gündən Cahangiri qurban seçdilər, hər şeyi onun üstünə atdılar, artıq başqa adam lazım deyildi. Qoy baxsınlar kimlər iri məbləğli kreditlər götürüb, kimlərin başqa ölkələrdə villaları var. Cahangirin özünün biznesi vardı. Beynəlxalq Bank kommersiya qurumudur, ona görə də bizneslə məşğul olmağa haqqı vardı. Bura gələnə qədər də bizneslə məşğul olub. Bu vəsaitlər bizim Beynəlxalq Bankdan gedən vəsaitlər deyil. 15 il bizneslə məşğul olan adam Londonda bir dənə ev ala bilməz?”

Əminə Hacıyeva deyir ki, bu gün qardaşı arvadıyla da əlaqə saxlayıb. Zamirə Hacıyeva bütün baş verənləri “ürəkbulandıran iş” adlandırıb.

Zamirə Hacıyeva məhkəmədə də özünün günahsız olduğunu bildirib. Deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu bizneslərə sahib olub və var-dövlət qazanıblar.

“Transparency International” Beynəlxalq şəffaflıq təşkilatından Ben Cowdock deyir ki, sadəcə uğurlu biznesləri oduğunu söyləməklə sərvətin mənşəyini əsaslandırmaq olmaz. Bunun üçün cavabdehlər sərvətlərinin qanuni yollarla əldə edildiyini sübut etməli, bank hesabları, köçürmələrlə bağlı dəlillər təqdim etməlidirlər. Ben Cowdock deyir ki, Zəminə Hacıyeva ilə bağlı araşdırma “İzahedilməmiş Sərvət Sərəncamı” adlı qanundan sonra aparılıb. O düşünür ki, bu qanunla başqa hakim elitaların, eləcə də Azərbaycanın birinci ailəsinin Londondakı mülkləri araşdırıla bilər:

““İzahedilməmiş Sərvət Sərəncamı” vasitəsilə – Böyük Britaniya ərazisində müəyyənləşdirdiyimiz 5.8 milyard dollarlıq şübhəli sərvətin izinə düşüləcəyini gözləyirik. Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir, məsələn, Azərbaycanın hakim ailəsi kimi. Onları mümkün namizəd kimi göstərmişik, onların gizli saxta şirkətlər vasitəsilə Londonda milyonlarla funtluq mülkiyyətə sahib olduqları görünür”.

Bəs prezident ailəsinin sərvəti?

Müxtəlif illərdə AzadlıqRadiosu, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma layihəsi və digər xarici media qurumları Londonda Azərbaycan prezidentinin ailə üzvlərinə məxsus mülklərlə bağlı jurnalist araşdırmaları yayıb.

Dünyanın müxtəlif ölkələrindən olan media təşkilatlarının iştirak etdiyi “Panama sənədləri”nə daxil araşdırmalardan biri də İlham Əliyevin qızlarının Londondakı mülklərindən bəsh edir. Həmin araşdırmada Azərbaycan prezidentinin qızlarının Londondakı mülklərinin ümumi dəyəri 60 milyon dollar miqdarında qiymətləndirilirdi.

Britaniya mətbuatı Azərbaycan prezidentinin ailəsinin London mülkləri haqqında bir çox məqalələr dərc edib
Britaniya mətbuatı Azərbaycan prezidentinin ailəsinin London mülkləri haqqında bir çox məqalələr dərc edib

Prezident Administrasiyası London mülkləri ilə bağlı araşdırmaya hələ ki münasibət bildirməyib. Amma hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Yevda Abramov o zaman AzadlıqRadiosu-na deyirdi ki, prezidentin övladlarının malikanələrinin olmasında qeyri-qanuni bir hal yoxdur.

Amma Britaniyada 2018-ci ilin yanvarından qəbul edilən “İzahedilməmiş Sərvət Sərəncamı” qanundan sonra Əliyevlər ailəsinin də Londondakı mülklərini hansı pulla almaları sorğu-sual edilə bilər.

Bəs, Azərbaycanın hakim ailəsi Londondakı mülkləri necə əldə edilməsi haqda sorğulansa, sərvətinin mənşəyini əsaslandıra biləcəkmi?

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu sualı belə cavablayır:

“Azərbaycana qarşı, onun rəhbərliyinə, prezidentinə qarşı qeyri-obyektiv ittihamları dəfələrlə görmüşük. Bu da deyəsən, həmin silsilədəndir”.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib. Onlar hakim elitanın xaricdəki sərvəti barədə nə düşünürlər?

Dünyanın əksər böyük media qurumları Britaniya müstəntiqlərinə istinadla yazır ki, azərbaycanlı bankirin xanımı Zamirə Hacıyeva şəxsi təyyarədən istifadə edib, bahalı şərablar içib, 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən 35 kredit kartından istifadə edərək, lüks dükanlarda son 10 ildə 16 milyon funt - yəni 21 milyon dollardan çox pul xərcləyib.

Onun təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərclədiyi, 55 milyon dollara şəxsi təyyarə aldığı da bildirilir. Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil.

Zamirə Hacıyeva ilə bağlı araşdırma “İzahedilməmiş Sərvət Sərəncamı” adlı qanun layihəsinin qəbulundan sonra başlanıb. O, Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olub.

Bu yalnız baçlanğıcdır

Bu Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xaricilərin mülklərinin araşdırılmasına dair yeni qüvvəyə minmiş qanundur. Sənəd həmin şəxsləri sərvətlərini açıqlamağa məcbur edir. Şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, onların mülkləri müsadirə edilə bilər.

XS
SM
MD
LG