Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:26

Ekspert: 'Hələ ki nə Paşinyan, nə də Əliyevin belə cəsarəti var'


Paşinyan - Əliyev görüşündən nə gözlənir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Paşinyan - Əliyev görüşündən nə gözlənir?

Martın 29-da Ermənistan və Azərbaycan prezidentləri eyni şəhərdə - Vyanada olacaqlar. Avstriya prezidenti Aleksandr Van der Bellen Nikol Pashinian və İlham Əliyevlə ayrı-ayrılıqda görüşəcək.

Onların birgə görüşünün olub-olmaması barədə tərəflər rəsmi açıqlama verməyib.

Amma Interfax agentliyi diplomatik mənbələrdən məlumat aldığını iddia edib yazır ki, Pashinian və Əliyev Vyanada birlikdə də görüşəcəklər.

Liderlərin bir masaya oturacağının müzakirəsi bu ilin əvvəlindən gedir. İndiyə qədər onlar bir neçə dəfə ayaqüstü müxtəlif tədbirlərdə görüşüblər.

İndi aktual məqam odur ki, Nikol Pashinian Qarabağdakı separatçı erməni rejiminin təmsilçilərinin də danışıqlar masasına gətirilməsində israrlıdır.

İlham Əliyev isə bunu danışıqlar formatının pozulması hesab edir və qətiyyətlə buna qarşıdır.

Yerevanda, Qloballaşma və Regional İnkişaf Əməkdaşlığı Mərkəzinin direktoru Stepan Grigorian isə deyir ki, separatçı rejimin masaya gətirilməsi Dağlıq Qarabağda humanitar duruma yardım edə bilər:

“Niyə də yox? Mən başa düşürəm ki, Azərbaycan tərəfinə buna razılıq vermək çətindir. Azərbaycan tərəfinə elə gəlir ki, bu, Dağlıq Qarabağın tanınması olacaq. Yox, bu belə deyil. Azərbaycan tərəfi bəzi addımlar ata bilər. Ermənistanla humanitar sahədə əməkdaşlıq edə bilər. Bu o demək deyil ki, biz Dağlıq Qarabağı tanıyırıq. Qorxmayın. Mən əlbəttə ki, ekspertəm, söz sahibi deyiləm. Mənim mövqeyim belədir ki, Dağlıq Qarabağın nümayəndələri bu danışıqlarda iştirak etsələr, bu, hər tərəfə faydalı olar”.

Amma martın 1-də də ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verərərk danışıqlar formatının dəyişdirilməsinin qəbuledilməz olduğunu bildiriblər.

Azərbaycanda bir sıra təhlilçilər, o cümlədən, təhlilçi Hikmət Hacızadə hesab edir ki, dünya dövlətlər separatçı rejimləri söz sahibi etməz, odur ki, bu Pashinianın bu iddiası nəticəsiz qalacaq.

Ermənistanın müdafiə nazirliliyi operativ iclas çağırıb
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Pashinian, hələ keçən il mayın 9-da, baş nazir seçiləndən sonra elan edib ki, Ermənistanın baş naziri kimi Ermənistanın adından danışıqlar aparmağa hazırdır və aparmalıdır, lakin Qarabağın adından danışıqlar apara bilməz.

Rusiyanı unutmamalı

Ermənistan və Azərbaycan liderləri bir masaya oturub Qarabağı müzakirə etməkdən danışır. Sanki bu münaqişədə əsas faktorlardan biri sayılan Rusiya yaddan çıxıb. Bəs danışıqlarda həlledici səsə malik olduğu deyilən Rusiya liderinin hazırkı mövqeyi necədir?

Bakıda siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, iki ölkə lideri görüşsə belə, hələlik hansısa razılaşmaya nail olmaqdan söhbət gedə bilməz. Buna birinci səbəb, separatçı Dağlıq Qarabağın danışıqlara cəlb edilməsi ilə bağlı Ermənistanın mövqeyidir:

“Azərbaycana belə mövqe əl vermirdi. O biri tərəfdən də Azərbaycan tərəfi çox gözəl anlayırdı ki, Pashinian Putinlə münasibətlərini tənzimləmək üçün hələ xeyli işlər görməlidir. Belə bir işi görmək üçün ona vaxt verdi. Elan etdi ki, biz atışmaları dayandırırıq və gözləyirik ki, bunlar danışıqlar aparsınlar. Və indinin özündə də Azərbaycan Rusiya və Ermənistanın münasibətlərinin tənzimlənməsini çox soyuqqanlılıqla izləyir”.

Zərdüşt Əlizadə deyir ki, hazırda Rusiya və Ermənistanın münasibətləri aydınlaşmayıb deyə, danışıqlarda hansısa irəliləmədən söhbət gedə bilməz.

Onun sözlərinə görə, əslində, münaqişənin həlli üçün Azərbaycanın da, Ermənistanın da Rusiyadan asılılığı kəsməsi, müstəqil qərar verməsinə ehtiyac var.

Zərdüşt Əlizadə iddia edir ki, hələ ki, nə Pashinian-ın, nə də Əliyevin belə cəsarəti var.

XS
SM
MD
LG