Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:46

Rusiyalıların 20 faizi ölkədən getmək istəyir


Arxiv fotosu
Arxiv fotosu

Hər beş rusiyalıdan biri, yəni 20 faiz əlində olsaydı, ölkəsindən getmək istədiyini deyir. Bunu “Gallup” sorğu mərkəzi üzə çıxarıb.

Köçmək istəyən iş qabiliyyətli rusiyalıların sayı azı üç dəfə artıb.

Bundan başqa, Prezident Vladimir Putin dəstəkləyənlərin 12 faizi, dəstəkləməyənlərin isə 40 faizi miqrasiya etmək istəyir.

Arzulanan köç ünvanları isə Almaniya və Birləşmiş Ştatlardır.

“Gallup” bildirir ki, istəyini dilə gətirən rusiyalıların hamısı ölkədən köçən deyil, amma son illər bu arzunun güclənməsi Moskvanı narahat etməlidir. Çünki potensial miqrasiya əhalinin azalmasını sürətləndirə bilər və bu itki əhalinin 8 faizini belə keçə bilər. BMT Rusiyanın 2050-ci ilədək əhalisinin 8 faizini itirə biləcəyini proqnozlaşdırır.

GÖRÜNMƏMİŞ HAL

2014-cü illə müqayisədə Rusiyadan köçmək istəyən iş qabiliyyətli rusiyalıların sayı üç dəfə artıb.

Vladimir Putin
Vladimir Putin

15-29 yaşlıların sayı 14 faizdən 44-ə, 30-45 yaşılılar arasında 7%-dən 22%-ə, 46-60 yaşlılar içində 3-dən 9-a yüksəlib.

Əhalinin çevik təbəqəsi sayılan gənclərin miqrasiya arzusu anlaşılandır, amma yenə də ən gənc rusiyalıların 44 faizinin köçmək istəməsi son on ildə Rusiya üçün görünməmiş hal sayılır.

Rusiya təkcə ən savadlıları deyil, istənilən səviyyədə təhsilli və bacarıqlı işçiləri itirə bilər. İbtidai təhsilli (20%), istehsalat təhsilli (19%) və kollec və daha yüksək (24%) dərəcəsi olanlar Rusiyanı həmişəlik tərk etmək istədiyini deyib.

“Gallup” bildirir ki, bütün bu demoqrafik qrupların Rusiyanın onsuz da stress altında olan pensiya sisteminə gələcəkdə mənfi təsiri ola bilər. Rusiya ötən il pensiya yaşının kişilər üçün 60-dan 65-ə, qadınlar üçün 55-dən 60-a qaldırmağı təklif etmişdi.

Bəs rusiyalılar əsasən hansı ölkələrə getmək istəyirlər?

Qərblə – AB və özəlliklə ABŞ-la münasibətlərin gərgin olmasına baxmayaraq, rusiyalılar daha çox Avropa Birliyi (40%), Şimali Amerikanın (16%) adını çəkirlər. Ən çox Almaniya (15%) və ABŞ-ın (12%) adı hallanır.

XS
SM
MD
LG