Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:38

Düzgün qidalanma 3,7 milyon həyatı xilas edər


İllüstrativ foto
İllüstrativ foto

Səhiyyə xidmətləri hər bir insanın həyatının istənilən mərhələsində düzgün qidalanmını təmin etməyə güclü diqqət ayırmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı yeni açıqladığı hesabatında belə deyir.

Qidalanmaya düzgün investisiya 2025-ci ilədək 3,7 milyon həyatı xilas edə bilər.

Qurum bildirir ki, əsas səhiyyə paketlərinə sağlıqlı qidalanma komponentləri salınmalıdır. Ancaq ölkələr milli səhiyyə siyasətləri, strategiya və planlarına hansı şəkildə müdaxilə olunmasına qərar verməlidirlər.

Əsas müdaxilələr kimi antenatal müalicəyə dəmir və folio turşusu əlavələrinin salınması; körpələrin doğuşdan sonra vacib qidayla təmin olunması üçün göbəkbağının kəsilməsinin yubadılması; ana südüylə əmizdirmənin təbliği, qorunması və dəstəklənməsi; qidalanmayla bağlı məsləhətlər verilməsi, belə ki, ürək xəstəliyi və iflici önləməkdən ötrü böyüklərin və uşaqların şəkər və duz qəbulunu azaltması daxildir.

ÜST bildirir ki, qidalanmaya sərmayə ölkələrin səhiyyə sahəsi üzrə universal hədəflərinə çatmasını yaxınlaşdıra bilər. Bu həm də iqtisadiyyata kömək deməkdir. Donorların əsas qidalanma proqramlarına sərf etdiyi hər bir ABŞ dolları yerli iqtisadiyyata 16 dollarlıq xeyir verə bilər.

Dünyada qidalanma sahəsində proqres əldə olunsa da böyük problemlər qalmaqdadır. Qlobal miqyasda qısaboyluluq azalır: 1990-2018-ci illərdə yaşı 5-dən aşağı uşaqlarda qısaboyluluq 39,2%-dən 21,9 faizə düşüb, başqa sözlə, 252,5 milyondan 149 milyona. Ancaq Afrika və Cənub-şərqi Asiyada irəliləyiş yavaş gedir.

Piylənmə isə artmaqdadır. 1990-2018-ci illərdə çəkisi artıq sayılan uşaqların sayı 4,8%-dən 5,9%-ə qalxıb. Bu, 9 milyon uşaq deməkdir. Böyüklər arasında artıq çəki və piylənmə demək olar hər regionda və ölkədə yüksəlir. 2016-cı ildə dünyada 1,3 milyard adımın çəkisi həddindən artıq olub. Onlardan 650 milyonu isə (dünya əhalisinin 13 faizi) piylənmədən əziyyət çəkib.

Piylənmə şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, xərçəngin bəzi növləri üçün risk faktoru sayılır.

XS
SM
MD
LG