Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:28

Putin Berlində öldürülmüş çeçen haqqında danışıb


Zelenskiy and Putin at December 9, 2019 Paris summit
Zelenskiy and Putin at December 9, 2019 Paris summit

Rusiya prezidenti Vladimir Putin deyib ki, bu yay Berlində qətlə yetirilmiş Gürcüstan vətəndaşı çeçen Moskvadakı metro partlayışının arxasında duran şəxslərdən biri olub.

Dekabrın 9-da Parisdə Ukrayna, Fransa və Almaniya liderləri ilə keçirilən görüşdən sonra Putin Zelimkhan Khangoshvili-nin Rusiyanın axtarışında olan “qatil döyüşçü” olduğunu deyib.

Putin deyib ki, Khangoshvili 98 nəfərin həyatına son qoymuş Moskva metro partlayışının təşkilatçısı olub.

Moskva metrosu son 20 ildə bir neçə ölümcül hücumların hədəfi olub.

40 yaşlı Khangoshvili Çeçenistanda Rusiyaya qarşı vuruşan birləşmələrdən birinin komandanı idi.

O avqustunn 23-də Berlinin Klayner Tiqarten parkında başına açılan iki atəşlə öldürülüb.

Bu qətli törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı hadisədən az sonra saxlanıb.

Bunun ardınca Almaniya mediası bildirib ki, qətli törətməkdə şübhəli bilinən şəxs Rusiya xüsusi xidmət orqanları ilə bağlıdır.

Putin alman müxbirin sualına cavab verərkən deyib ki “o kriminal dünyanın” adamı idi və başına hər şey gələ bilərdi:

"Biz təqsirkarı tapmalı və Almaniya kansleri ilə birlikdə alman həmkarlarımıza kömək etməliyik”.

Almaniya ötən həftə bu qətllə bağlı iki Rusiya diplomatını ölkədən qovub.

Berlin bildirir ki, buna səbəb Moskvanın qətlin araşdırılmasında kifayət qədər əməkdaşlıq etməməsidir.

XS
SM
MD
LG