Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:35

Gürcüstan parlamentinə naməlum maye buraxılıb


Gürcüstan parlamenti
Gürcüstan parlamenti

Gürcüstanlı fəalların “Vətənin xidmətində” qrupu ölkə parlamentinə naməlum maye buraxdığını bəyan edib. Fəallar bu haqda postu özlərinin Facebook səhifəsində yerləşdiriblər.

Parlamentin keçmiş sədri İrakli Kobakhidze bəyan edib ki, iki müxalif deputat parlamentə naməlum maye buraxıblar.

“Müxalifəti təmsil edən iki deputat iclas zalına girərək oraya maye töküblər. Yəqin, məqsədin nə olduğunu təxmin edirsiniz. Elə burdaca buna ciddi reaksiya veriləcəyini vəd edə bilərik”, – Kobakhidze deyib.

Şahidlərin sözlərinə görə, zalda kəskin iy yaranıb. Deputatlardan bəziləri özlərini pis hiss ediblər, təcili yardım çağırılıb. Parlamentə texniki fasilə elan olunub. Hadisə yerində kriminalist-ekspertlər işləyir.

Hərəkat üzvləri sonradan “parlamentdəki iyə görə” məsuliyyəti üzərlərinə götürdüklərini deyiblər.

XS
SM
MD
LG