Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:34

Koronavirus böhranı necə yarandı – Qərb mediası


Moskvada turist
Moskvada turist

Çində və dünyanın bir sıra ölkələrində yeni koronovirus epidemiyasının yayılması qərb mediasının aparıcı mövzularındandır. “Foreign Affairs” dərgisində Tom Inglesby yazır ki, ən pis ssenari qaçılmaz deyil, ancaq problem gözardı oluna da bilməz.

Müəllif qeyd edir ki, istənilən epidemiyanın ən vacib indikatorlarından biri onun ölüm səviyyəsidir. Bu günədək virusa yoluxanların statistikası bu səviyyənin cəmi 2 faizə yaxın olduğunu göstərir. Müqayisə üçün, 2002-2003-cü illərdə SARS virusunun ölüm səviyyəsi 10 faiz idi.

Vaksin bir ilə hazırlansa...

Daha bir göstərici isə virusun yayılma sürətidir. Çində sürətli yayılma virusun insandan insana sürətlə keçdiyini göstərir. Amma hələlik, bu yayılmanın elmi detalları Ümumdünya Səhiyyə Təşkilatına, yaxud Çindən başqa ölkələrə bəlli deyil.

Müəllif xəstəliyin beynəlxalq miqyasda yayılmasını qısa müddətə yavaşıdacaq bəzi addımlar təklif edir. Bir sıra aviaşirkətlər Çinə reysləri dayandırıb. Çində xəstələr təcrid olunur. Amma epidemiyanın önlənməsindən ötrü hökumətlər və beynəlxalq ictimaiyyətdən güclü və davamlı reaksiya tələb olunur ki, onlardan ən vacibi vaksinin hazırlanmasıdır.

“Hər şey yaxşı getsə, koronovirus vaksininin hazırlanması bir il çəkə bilər, bunu bu sahə üzrə aparıcı ekspertlər deyirlər. Bunun özü belə rekord müddət sayıla bilər, amma hökumətlər, beynəlxalq təşkilatlar və xeyriyyəçilər koordinasiya və dəstəklə bu işi sürətləndirə bilərlər... Pul məhdudlaşdırıcı faktora çevrilməməlidir”, – məqalədə deyilir.

  • “Əvvəlki epidemiyalar” sübut elədi ki, koronovirusla səyahət qadağaları ilə mübarizə səhvdir”.
  • “İlkin yanlış addımlar və Çində dövlət sirləri koronovirusun daha geniş və sürətlə yayılmasına yol açdı”.
  • “Koronavirus infeksiyasının yayılması sürətlənir; Çindən kənarda ilk ölüm halı; virus siyasiləşir”. “The Washington Post”dakı məqalələr belə adlanır.

Hökumətin fəaliyyətsizliyi

“The New York Times” qəzeti isə Çin hökumətinin bəzi məsələləri gizli saxlamasının virusun yayılmasında oynadığı rola toxunur.

Müəlliflər Chris Buckley və Steven Lee Myers yazırlar ki, məhz hökumətin ilkin mərhələdə epidemiyanı necə idarə etməsi onun dərinləşməsinə yol açıb. “Rəsmilər vacib məqamlarda artan böhranla açıq qarşıdurmadansa gizlilik və asayişi seçiblər, ictimai narahatlıq, siyasi utanc yaşamaq istəməyiblər”, – məqalədə deyilir.

Müəlliflər dekabrın əvvəlində ilk simptomlar ortaya çıxandan hökumətin şəhəri qapatmaq qərarı arasındakı yeddi həftəyə diqqət çəkir, dövlət səviyyəsində birgə tədbirlərin yubandığını qeyd edirlər. Bunu Vuhan sakinləri, həkimlər və rəsmilərlə iyirmidən artıq müsahibəyə əsasən vurğulayırlar.

“Həmin həftələr ərzində hakimiyyət həkimləri, həyəcan təbili çalan digərlərini susdurub. Onlar ictimaiyyət qarşısında təhlükənin miqyasını kiçiltməyə çalışır, şəhərin 11 milyon sakinini özlərini necə qorumaq haqda bilgiləndirməyib. Onlar virusun peyda olduğu güman edilən ərzaq bazarını bağlayıb, ancaq diri heyvan ticarətini məhdudlaşdırmayıb”, – məqalədə deyilir.

“Bu, fəaliyyətsizlik məsələsi idi. Vuhanda yerli səhiyyə departamenti əhalini təhdidlə bağlı xəbərdar etmədi”, – Xarici Əlaqələr Şurasında Çini tədqiq edən, qlobal səhiyyə üzrə aparıcı əməkdaş Yanzhong Huang deyib.

XS
SM
MD
LG