Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:45

Ermənistandakı Rusiya bazasının əsgərini məhkəməyə gətirmədilər


Rusiyalı əsgər Julieta Ghukasian-ın ölümündə ittiham olunur
Rusiyalı əsgər Julieta Ghukasian-ın ölümündə ittiham olunur

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Gümrü sakini, 57 yaşlı Julietta Ghukasian-ınölümündən bir ildən də çox vaxt keçəndən sonra, nəhayət fevralın 4-də qətldə ittiham edilən Rusiya hərbçisinin məhkəməsi başlanıb.

Məhkəmənin ilk iclası Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri Andrei Razgildeyevin iştirakı olmadan açılıb, lakin az sonra, artıq beşinci dəfədir ki, təxirə salınıb.

Rusiya tərəfi Razgildeyevin baza ərazisindən çıxarılmasına icazə vermir.

Rusiyalı əsgərin nümayəndəsi Aleksandr Gladyshev məhkəməyə baza komandanı Martynyuk-un məktubunu təqdim edib.

Bu məktubda məhkəmənin təxirə salınması və Ermənistan hökumətinin Razgildeyevin təhlükəsizliyi üçün rəsmi qarantiya verməsi tələb olunur:

“Rusiya Federasiyasının Müdafiə Nazirliyi tələb olunan yazılı qarantiyanı ala bilməyib. Bu qarantiyalar alındıqdan sonra möhtərəm məhkəməyə müəyyən edilmiş qaydada məlumat veriləcək”.

Hakim Adrine Gukasian Gladyshev-dən Razgildeyev üçün hansı təhlükəsizlik qarantiyalarından söhbət getdiyini soruşub.

Gladyshev deyib ki, “bu, böyük hay-küyə səbəb olmuş hadisədir və bizim hərbi qulluqçumuzun Ermənistan ərazisinə gətirilməsi narahatlıq yaradır”.

Gladyshev bildirib ki, məsələni Rusiya Müdafiə Nazirliyi qaldırıb və baza hazırda nazirliyin son qərarını gözləyir. O deyib ki, Razgildeyev artıq 14 aydır ki, Gümrüdəki Rusiya hərbi bazasının həbsxanasında saxlanır.

“Ermənistanın suverenliyinə etinazsızlıq”

57 yaşlı süpürgəçi Julietta Ghukasian 2018-ci il dekabrın 2-də işə gedərkən səhər saatlarında qəddarlıqla döyülmüş və aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat etmişdi.

Mərhumun qızı Anait Gukasian müttəhimin məhkəməyə gətirilməsini tələb edib.

O deyib ki, heç olmasa anasının qətlində ittiham olunanın üzünü görmək istəyir.

Anait Gukasian-ın nümayəndəsi, insan haqları müdafiəçisi Artur Sakunts Rusiya tərəfinin təhlükəsizlik qarantiyası tələb etməsi barədə deyib:

“Rusiya hərbi bazası komandanının məktubu müstəsna olaraq Ermənistan Respublikasının suverneliyinə etinasız münasibəti nümayiş etdirir”.

Maraqlıdır ki, Razgildeyevin vəkili Narine Rshtuni Rusiya tərəfinin məktubu barədə ilk dəfə elə məhkəmə iclasında eşidib.

AzadlıqRadiosunun sualına cavab verən vəkil deyib ki, onun müdafiə etdiyi şəxs özünü təqsirli bilmir.

XS
SM
MD
LG