Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:46

İkinci Suriya helikopterinin vurulduğu xəbər verilir (VIDEO)


Helikopterin düşdüyü yerdə
Helikopterin düşdüyü yerdə

Fevralın 14-də Suriyanın şimal-qərbindəki Hələb qəzasında hökumət silahlı qüvvələrinin daha bir helikopterinin vurulduğu xəbər verilib.

Bu bölgədə Suriya prezidenti Bashar al-Assadın qoşunları və silahlı müxalifət arasında şiddətli döyüşlər gedir.

Bir həftədə Suriyanın ikinci helikopterinin vurulduğuna dair sosial mediada yayılmış xəbərləri Türkiyənin Anadolu və Rusiyanın RT agentlikləri də təsdiq ediblər.

Bu barədə xəbəri Suriyanın rəsmi SANA agentliyi də yayıb.

Pilotların həlak olduğu xəbər verilir.

Sosial şəbəkələrdə yayılmış videodan görünür ki, helikopter səyyar zenit-raket qurğusundan vurula bilərdi.

Müxalifət qüvvələri tərəfindən çəkildiyi güman edilən başqa videolarda helikopterin çöllükdə tüstülənən qalıqları görünür.

Helikopter tamamilə dağılsa da, onun Rusiya istehsallı Mi-8/17 tipli nəqliyyat helikopteri olduğu görünür.

Fevralın 11-də eyni tipdən olan başqa bir helikopter İdlib şəhəri yaxınlığında vurulmuşdu.

Yaraqlılar helikopter pilotlarının yanmış cəsədlərini əks etdirən videoları paylaşıblar.

Türkiyə Suriya sərhədinə tank və əlavə canlı qüvvələr yeridir
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Buna baxmayaraq, prezident Assadın silahlı qüvvələri Hələb qəzasının qərbində və İdlib qəzasında hücumlarını davam etdirir.

Son günlər ərzində onlar daha bir neçə məntəqəni qiyamçılardan ala bilib.

Suriya hökuməti Dəməşq-Hələb magistral yolu üzərində nəzarətin tam ələ alındığını rəsmən elan edib.

Moskva Ankaranı “təxribatçı bəyanatlarda” ittiham edir

Suriyada bir sıra müxalifət qruplaşmalarını dəstəkləyən Türkiyə İdlibdə hücumu dayandırması üçün Dəməşqə bir neçə dəfə sərt xəbərdarlıq edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Suriya hərbi hava donanması bundan sonra özünü İdlib üzərində sərbəst hiss edə bilməz.

Bununla belə, Suriya helikopterinin Türkiyə tərəfindən vurulduğunu göstərən əlamətlər yoxdur.

Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi fevraın 13-də Türkiyəni “təxribatçı” bəyanatlardan çəkinməyə çağırıb.

Nazirlik bildirir ki, Türkiyədə hakim AKP-nin İdlibdə həlak olmuş Türkiyə əsgərlərinə görə Suriya və Rusiyanı ittiham etməsindən çaşqınlıq keçirir.

Bu da xəbər verilir ki, dekabrın 1-dən bəri İdlibdəki bombardman və zorakılıqlara görə 800 min insan evlərindən didərgin düşüb.

XS
SM
MD
LG