Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:45

Financial Times: ‘Bu, Erdoğanın qalib gələ biləcəyi müharibə deyil’


Erdoğanın Putinə güvənməsi Türkiyəni zəif salıb

Türkiyə lideri Avropa İttifaqını qaçqınlarla hədələməklə Kremlin arzusunu yerinə yetirmiş olur

Financial Times qəzeti yazır ki, Recep Tayyip Erdoğanın Moskvaya güvənməsi Türkiyənin alçaldılması ilə nəticələnib.

Məqalədə deyilir ki, Erdoğan Qərb müttəfiqlərindən hələ 2016-cı ildən bəri üz çevirməyə başlamışdı. Erdoğana elə gəlirdi ki, Avropa müttəfiqləri 2016-cı il çevriliş cəhdinin ardınca Ankaraya lazımınca dəstək verməyiblər.

Bundan sonra isə əlində daha çox prezident hakimiyyəti cəmləşdirən Erdoğan rusiyalı həmkarı Vladimir Putinlə dostlaşıb.

Qəzet yazır ki, o ölkənin ilk atom elektrik stansiyasını tikilməsinə və Avropaya qaz nəql edəcək kəmərin çəkilməsinə Rusiyanı cəlb edib. Rusiyadan hava müdafiəsi sistemləri almaqla NATO müttəfiqlərini əsəbiləşdirib.

Bu raketlər Kremlə ABŞ-ın stels təyyarələrinə təhlükə yaratmaq imkanı verib.

Məqalədə daha sonra deyilir ki, bütün bunlara baxmayaraq, Türkiyə hazırda şimal-şərqi Suriyada Rusiya ilə təhlükəli hərbi qarşıdurmadadır.

Daban-dabana zidd məqsədlər

Suriyada (Liviyada olduğu kimi) Ankara ilə Moskvanın məqsədləri bir-biri ilə daban-dabana ziddir.

“Türkiyə Suriyanın İdlib qəzasında mülki əhalinin qorunması və yeni qaçqın axınının yaranmaması naminə genişləndirilmiş bufer zonası yaratmağa çalışır. Elə bu vaxt cənab Putin Suriya rejiminə İdlibi tamamilə zəbt etməkdə və Bashar al-Assada qarşı müxalifətin qiyamına birdəfəlik son qoymamaqda kömək etmək istəyir”.

Suriyada Rusiya Türkiyə təyyarələrinin Assad qoşunlaırna qarşı döyüşməsi üçün Ankaraya hava məkanı verməyib. Heç Türkiyənin özünün də burada havadan müdafiə sistemləri yoxdur.

Financial Times qəzeti belə bir nəticəyə gəlir: Cənab Erdoğan bilməlidir ki, bu onun qalib gələ biləcəyi bir müharibə deyil.

Amma Erdoğan bununla belə cənab Putinlə diplomatik kanalları açıq saxlayıb və bu cümə axşamı Moskvada opnunla görtüşməyə hazıərlaşır.

“Türkiyə lideri elə bilirdi ki, Putinin antiliberal klubuna qoşulmaqla imkanlar və imtiyazlar qazanacaq. Amma əvəzində Türkiyədəki tənqidçilərinin dediyi kimi özü Kremlin əlində oyucağa çevrilib. Təsadüfi deyildir ki, o, buna görə də ötən həftə sosial medianı bloklamaqla ölkə daxilində mümkün debatları boğub.”

ABŞ Türkiyəyə hərbi yardım vəd edir
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Dar gündə yenə də NATO-ya üz tutub

Məqalədə deyilir ki, cənab Erdoğan Putinə NATO üzvlərinin arasına ixtilaf salmaq imkanı qazandırıb, amma Erdoğan ötən həftə Türkiyə qoşunlarının ağır itkilərindən sonra yenə də NATO müttəfiqlərinə üz tutub. Erdoğan Rusiyanın hava hücumundan müdafiə sistemlərinə görə Vaşinqtonun sözünü yerə salıb. Amma Rusiyanın verdiyi sistem hələ qurulmayıb və Erdoğan ABŞ-dan Türkiyə ərazisində Patriot raketlərinin yerləşdirilməsini rica edib.

Qəzet yazır ki, cənab Erdoğan qaçqınları Avropa İttifaqının sərhədinə göndərməklə indi də Kremlə Avropa ölkələri arasında təfriqə salmaq imkanı verir.

FT qeyd edir ki, Avropa ölkələri 2015-2016-cı ildə ifrat sağçı partiyaların qol-qanad açmasına imkan verən qaçqın böhranını unutmayıblar.

Məqalədə deyilir ki, Erdoğan yeni sığınacaq siyasətini qurmağa qabil olmayan Avropanın zəif yerlərini faş edib.

Türkiyə parlamentində yumruq davası
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Türkiyənin Avropadan kömək istəməyə haqqı olsa da...

Qəzet yazır ki, 3.6 milyon Suriya qaçqını Ankara üçün ağır yükdür və Türkiyənin kömək istəməyə haqqı var.

Ankara tam haqlı olaraq Avropa İttifaqından onun qaçqınlarla bağlı vədlərinin icrasını gözləyir.

Lakin bunu Niderland baş naziri Mark Rutte demişkən Avropanın “boğazına bıçaq dirəməklə” etmək Ankaraya heç bir fayda verməyəcək:

“Bütün hallarda Avropa Türkiyə qoşunları ilə çiyin-çiyinə döyüşmək niyyətində deyil. Suriya problemindən utanmazcasına geri çəkilən Avropa Erdoğana onun istədiyini verə bilməz”.

Financial Times qəzetinin redaksiya yazısında deyilir:

“Türkiyənin tarixi Rusiyadan aldığı məğlubiyyətlərlə doludur. Bu dəfə də çətin ki, fərqli nəticə olsun. Ankara indiki halda Putinin Erdoğanı bu rüsvayçılıqdan qurtamasına ümid etməklə uzağı atəşkəsə və bufer zonasının azacıq genişlənməsinə nail ola bilər”.

Qəzet yazır:

“Türkiyə lideri Avropanı qaçqın hədələri ilə titrətməkdən xoşlanır, amma sahibi-ixtiyar Rusiya lideridir. Avropalılar və amerikalılar Suriya fəlakəti üçün öz məsuliyyətlərini boyunlardan atıblar. Erdoğanın davranışı isə onlara mövqelərini dəyişməmək üçün bir daha əsas verir”.

XS
SM
MD
LG