Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

London: Johnson pnevmoniya deyil və süni nəfəs cihazına qoşulmayıb


 Londondfakı Müqəddəs Tomas xəstəxanası
Londondfakı Müqəddəs Tomas xəstəxanası

Britaniyanın baş naziri Boris Johnson-da pnevmoniya yoxdur və o süni nəfəs cihazına qoşulmayıb.

Bu barədə məlumatı hökumət sözçüsü aprelin 7-də verib.

Johnson aprelin 5-də koronavirus kəskinləşməsi diaqnozu ilə gözlənilmədən xəstəxanaya, daha sonra, aprelin 6-da isə reanimasiyaya yerləşdirilib.

Hökumət sözçüsü dəqiqləşdirib ki, Johnson-a oksigen terapiyası edilir, lakin o ağ ciyərin ventilyasiyası aparatına qoşulmayıb.

Başqa sözlərlə Boris Johnson müstəqil nəfəs alır.

Bəyanatda bu da deyilir ki, baş nazir “yaxşı əhvaldadır”.

Hökumət məlumatına görə baş nazirin xəstəxanaya yerləşdirilməsi hər ehtimala qarşı, onun vəziyyətinin daha da mürəkəbləşməməsi üçün önləmə tədbiri kimi həyata keçirilib.

Rusiyanın RIA Novosti agentliyi hələ aprelin 5-də Johnson-un süni tənəffüs aparatına qoşulduğunu yazmışdı.

Bunun ardınca baş nazirin mətbuat katibi Rusiya agentliyini dezinformasiyada ittiham etmişdi.

“Baş nazir baş nazirdir”

Baş nazirdə koronavirus yoluxması martın 27-də aşkar edilib. Onun sağlıq durumu sonrakı 10 gün ərzində yaxşılaşmayıb.

Britaniya mətbuatında baş nazirin ətrafının onun vəziyyəti barədə əsl həqiqəti gizlətməsindən şübhə bildirən xəbərlər dərc olunur.

Boris Johnson-un mətbuat katibi aprelin 7-də bu cür şübhələri rədd edib.

Bu da xəbər verilir ki, Johnson-un öz ricası ilə bu arada hökumətə xarici işlər naziri Dominic Raab rəhbərlik edir, amma onun səlahiyyətləri məhduddur.

Sözçü qəti şəkildə bildirib: “Baş nazir baş nazir olaraq qalır”.

Dünya liderləri Boris Johnson-a cansağlığı arzularını yetiririblər. Onların arasında Rusiya prezidenti Vladimir Putin də var.

XS
SM
MD
LG