Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:24

ABŞ və İranın sosial mediada koronovirus ‘savaşı’


Tehran, 20 aprel, 2020-ci il
Tehran, 20 aprel, 2020-ci il

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Golnaz Esfandiari Birləşmiş Ştatlar və İranın son vaxtlar sosial mediada koronovirus pandemiyası ilə bağlı bir-birini acıladığını, memlər paylaşdığını yazır.

Bu yaxınlarda ABŞ Dövlət Departamentinin Twitter-də yerləşdirdiyi fotoda İranın Xarici işlər naziri Mohammad Javad Zarif Suriya Prezidenti Bashar al-Assad-la üzbəüz oturub. Ortadakı kiçik masanın üstündə qalaq-qalaq nağd pul yığılıb. Assadın dizinin üstündə də pul bağlamaları var, cibində isə İran pulu görünür.

Bu montaj olunmuş fotonu departamentin sözçüsü Morgan Ortagus Tehranın regiondakı əsas müttəfiqi olan Suriyaya dəstəyini göstərmək üçün paylaşıb. Zarif bu günlərdə Dəməşqə səfər etmişdi.

Beynəlxalq Böhran qrupunun İran Layihəsinin direktoru Ali Vaez deyir ki, “bu mənasız, uşaqsayağı” memlər iki ölkənin “münasibətlərinin kədərli durumunu” göstərir. Yanvarda ABŞ dronu Bağdadda İranın Qüds qüvvələrinin komandiri Qasem Soleimani-ni vurandan sonra vəziyyət daha da pisləşib, Tehran İraqdakı ABŞ qüvvələrinə raket zərbəsi endirib.

Sürətləndirici faktor?

“ABŞ administrasiyasındakı ideoloqlar pandemiya böhranı və sanksiyaların birgə təsiri nəticəsində İranın iflas üzrə olmasına inanırlar və ona görə də media savaşına rejimin çöküşünün sürətləndirici faktoru kimi baxırlar”, – o deyir.

“İranlılar isə öz növbəsində ölkədəki humanitar böhrandan istifadə edərək günahı Birləşmiş Ştatlara yönəldir, beynəlxalq ictimaiyyətin gözündə sanksiyaların legitimylinini azaltmağa çalışırlar”, – Vaez vurğulayır.

Tərəflərin söz savaşı daha çox sanksiyalara fokuslanır. ABŞ Prezidenti Donald Trump 2015-ci ildə tarixi nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Vaşinqton dərmanlar daxil humanitar malların sanksiyalardan azad olduğunu deyir. Amma Human Rights Watch (HRW) bildirir ki, sanksiyalar İranın humanitar idxalı maliyyələşdirmək bacarığını ciddi şəkildə məhdudlaşdırıb.

Ağ ev sanksiyaları yüngülləşdirməkdən imtina edir. Tehran isə Beynəlxalq Valyuta Fonduna 5 milyard dollarlıq fövqəladə kredit üçün müraciət edib.

İranın Xarici İşlər Nazirliyinin yerləşdirdiyi montaj olunmuş fotoda ingiliscə “sanksiyalar” (sanctions) sözündəki “o” hərfinin yerində koronovirusun simvolu, onun arxasında isə Dövlət katibi Mike Pompeo görünür.

Gərginlik tezliklə bitən deyil

Zarif tvitlərində birbaşa Trump-a müraciət edir. ABŞ Prezidenti deyib ki, İrana süni nəfəs aparatları göndərə bilərlər, “əgər bunu xahiş edərlərsə”.

“İran bir neçə aya SÜNİ NƏFƏS APARATLARI ixrac edəcək, @realdonaldtrump”, – Zarif aprelin 19-da tvitində yazıb.

“Sizin etməli olduğunuz yeganə iş başqa ölkələrin, özəlliklə mənim işlərimə müdaxiləni dayandırmaqdır. Mənə inanın, biz HEÇ BİR amerikalı siyasətçidən məsləhət almırıq”, – Zarif Twitter-də yazıb.

İlin əvvəlində isə Trump ilə İranın Ali dini lideri Ayətulla Ali khamenei Twitter-də qarşılıqlı ittihamlar səsləndirmişdilər.

Təhlilçilərin fikrincə tərəflərin sosial media savaşı bir neçə ay çəkəcək. Vaez deyir ki, noyabrda ABŞ-da planlaşdırılan prezident seçkisindən öncə iki ölkə arasında hər hansı danışıqların baş tutması real deyil.

“İroniya ondadır ki, İran pandemiyadan nə qədər zəif çıxarsa, ABŞ-la danışıqlara o qədər meyl göstərməyəcək, çünki zəifliyindən dolayı ABŞ tərəfdən daha artıq təzyiqə məruz qalacağından ehtiyatlanacaq”, – Vaez vurğulayır.

XS
SM
MD
LG