Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:41

Putin: Dağıstanda COVID-19 problemi kəskindir


Arxiv fotosu
Arxiv fotosu

Prezident Vladimir Putin Rusiyanın cənubundakı Dağıstan respublikasında vəziyyətin “mürəkkəb” olduğunu etiraf edib. Bu bəyanatdan öncə yerıi müfti regionda COVID-19-la mübarizəni “katastrofik” adlandırıb.

Mayın 18-də Dağıstan rəsmiləri ilə virtual konfransda Putin deyib ki, “ölkə boyunca koronavirus təhlükəsi qalır və Dağıstandakı vəziyyət hazırda asan deyil”.

Onun sözlərinə görə, “ekspertlər” güman edirlər ki, “xəstələrin gec müalicə olunması, eləcə də evdə öz-özünü müalicə” respublikada problemi şişirdib. Dağıstanda 3 milyonadək əhali yaşayır.

Pnevmoniya, yoxsa koronavirus

Mayın 18-nə olan məlumata görə, Dağıstanda 3 min 400-dən çox koronavirusa yoluxan olub, onlardan 29-u vəfat edib.

Ancaq bir çox müşahidəçilər, eləcə də Rusiya rəsmilərindən bəziləri ölkənin təqdim etdiyi statistikanın dəqiqliyi ilə bağlı suallar qaldırırlar.

Dağlstanın səhiyyə naziri Dzhamaludin Gadzhiibragimov etiraf edib ki, 650-dən çox xəstə COVID-19 qurbanı sayılmayıb və “icmadan qazanılmış pnevmoniya”dan vəfat etdiyi bildirilib.

Onların içində 40-dək həkim və tibb bacısı var.

Putin deyib ki, Dağıstanın səhiyyə sistemi “ağır yük” altındadır. O əlavə edib ki, “insanlar heç də həmişə gərəkən tibbi xidmətin göstərilmədiyini, heç də hər yerdə vaxtında və tam şəkildə qəbul olunmadıqlarını deyirlər”.

Xəstə monitorinqi təşkilatının basçışı AzadAvropa/AzadlıqRadiosunun “Current Time” televiziyasına deyib ki, Dağıstanda “bütün xəstəxanalar ağzınacan dolub”, qoruyucu avadanlıq çatışmazlığı və COVID-19 diaqnozunun qoyulmasında problemlər var.

Baş müftinin xahişi

Dağıstanın baş müftisi Akhmad Abdulayev mayın 18-də videolink vasitəsilə Putinə deyib ki, “fəlakətin miqyası bizi sizə müraciət etməyə məcbur edir. Xahiş edirik, Dağıstana diqqət ayırın”. Məlumatı AFP yayıb.

Putin İslam liderlərinin Ramazan bayramında evdə qalmaqla bağlı çağırışlarını səsləndirib.

Rusiya ölüm hallarını pnevmoniya kimi təsnif etməklə koronavirusdan ölü sayını azaltmaqda ittiham olunur.

Mayın 18-nə olan məlumata görə, Rusiyada COVID-19-a 290 mindən çox yoluxma, 2 min 722 ölüm qeydə alınıb.

Həkimlərin tibbi ləvazimat çatışmazlığından karıxdığı xəbər verilir.

Respublika başçısı Vladimir Vasiliev mayın 18-də Dağıstan rəsmilərinin koronavirusla bağlı statistikasını müdafiə edib, tibb işçiləri arasında ölü sayını “aydınlaşdırmağı” vəd edib.

Qeyd edək ki, ötən həftəyədək Dağıstanda Azərbaycanla sərhədə yüzlərlə azərbaycanlının yığışdığı, ölkəyə qayıtmağa çalışdıqları xəbər verilirdi. Azərbaycan rəsmiləri isə xaricdəki vətəndaşlarının ölkəyə qaytarılması üçün gərəkən tədbirlərin görüldüyünü bildirir.

XS
SM
MD
LG