Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:05

Almaniyalı deputat: ‘Polisin Yasamaldakı davranışı AŞPA-nın koronavirus hesabatına salına bilər’


Almaniyalı deputat:"Polisin Yasamal davranışı xüsusi AŞPA hesabatına salına bilər"
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Almaniyalı deputat:"Polisin Yasamal davranışı xüsusi AŞPA hesabatına salına bilər"

Polisin Yasamaldakı davranışı Avropa Şurasının koronavirusla bağlı xüsusi hesabatına salına bilər.

Bu haqda AzadlıqRadiosuna, AŞPA-nın Almaniyadan olan üzvü, Frank Schwabe məlumat verib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası ölkələrin koronavirus pandemiyası dövründə insan haqlarını pozması ilə bağlı ayrıca hesabat hazırlayır:

“Bəzi ölkələr pandemiyadan sui-istifadə edir. Onlar polis gücündən istifadə edir. Bu barədə narahatıq. Avropa Şurası situasiyanı müşahidə edir. Bu barədə hesabat hazırlayırıq. Əlbəttə ki, Azərbaycan bu ölkələrdən biridir. Biz durumu detallı öyrənəcəyik. Bu hesabat bizim üçün mühümdür. Əlbəttə ki, COVID-19 pandemiyası ilə bağlı durum çox ciddidir. Biz çox ehtiyatlı olmalıyıq ki, ölkələr bu situasiyadan sui-istifadə etməsinlər. Atdığımız heç bir addım insan haqlarını pozmamalıdır”.

Polisin Yasamalda davranışı nədən qaynaqlanır?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

İyunun 7-8-də, Bakıda Yasamal rayonunda polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb.

Rəsmi məlumata görə, polis karantin qaydasını pozub bayıra çıxdığına görə vətəndaşı saxlayıb. Qonşular isə buna etiraz olaraq eyvanlardan polisə zibil atmağa başlayıblar. Növbəti gün polis qüvvələri həyətə yeridilib, zor tətbiq edib, bəzi vətəndaşları ailə üzvlərinin gözü qarşısında, alt paltarında yatağından durğuzaraq zorla aparıb. Polisin saxladığı şəxslər zorakılıqla döyüldüklərini deyirlər.

Frank Schwabe deyib ki, koronavirus dövründə Azərbaycan hökumətinin davranışları hesabat müəlliflərinin xüsusi diqqətindədir.

O bildirib ki, hesabat artıq onlayn şəkildə komitələrdə müzakirə edilib və karantindən sonra, AŞPA növbəti dəfə toplaşa biləndə müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, bunun payız aylarında baş tutmasını gözləyirlər.

Polis Yasamalda qırmızı xətti keçdi - Avropalı deputat AzadlıqRadiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:13:14 0:00

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov iyunun 10-da Qafqazinfoya müraciətində deyib ki, polis qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində davranıb və bütün hərəkətləri də qanunidir:

"Polis ictimai asayişi, karantin rejiminə nəzarəti həyata keçirir. Polis bütün hərəkətlərində tam haqlıdır”.

Almaniyalı deputat Frank Schwabe deyir isə ki, heç bir pandemiya polisin zorakı davranışına haqq qazandıra bilməz:

“Baxmayaraq ki, bu, xususi bir situasiyadır, polis qüvvələri fundamental insan haqlarına hörmətlə yanaşmalıdırlar. Mən duruma nəzarət etmək üçün xüsusi polis qüvvələrindən istifadə etməyə heç bir zərurət görmürəm. Avropa Şurasının üzvləri pandemiya dövründə müxtəlif nəzarət yanaşması tətbiq edir. Xüsusi güc və zorakılıq tətbiq etmədən də situasiyanı idarə etmək olar. İnsana qarşı güc tətbiq etməyə heç yerdə ehtiyac yoxdur, o cümlədən Azərbaycanda”.

Polislə vətəndaşlar arasında baş verənləri necə qiymətləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Azərbaycanın hakimiyyət rəsmiləri isə adətən bildirirlər ki, avropalı deputatlar ölkədəki durumdan tam xəbərdar olmadan tənqidi fikirlər səsləndirirlər.

XS
SM
MD
LG