Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:47

Freedom House rəsmisi: ‘Koronavirus avtoritarlar üçün təhlükədir’ (VIDEO)


Freedom House:"Koronavirus avtoritar hökumətlər üçün təhlükə yaradır"
Gözlə

No media source currently available

0:00 0:13:03 0:00

Freedom House:"Koronavirus avtoritar hökumətlər üçün təhlükə yaradır"

Pandemiya uzun müddətdə avtoritar hökumətlərin mövcudluğu üçün bir təhlükədir.

Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ-da yerləşən Freedom House Beynəlxalq İnsan Haqları təşkilatının proqram direktoru Marc Behrendt deyib.

O bildirib ki, pandemiya elə bir durum yaradıb ki, avtoritar rejimlər özlərinin pis idarəçiliyini və qabiliyyətsizliyini gizlədə bilmir və bunu hər kəs görür:

“Böhran vaxtı idarəetməni düz qurmamaq bütün dövlətlər üçün təhlükədir. Həm demokratik, həm də qeyri-demokratik dövlətlər üçün. Əgər onlar bu böhranın öhdəsindən gələ bilməsələr, bunun hesabını verməli olacaqlar. Bir hökumət həmişə idarəçiliyi pis qurubsa, xalqın rifahını təmin edə bilməyibsə, daha çox fərdlərin rifahını üstün tutubsa, korrupsiyalaşıbsa, o zaman pandemiya dövründə siyasət düzgün qurulmayacaq. Bunun birdən birə yaxşı olması mümkün deyil. Əlbəttə ki, bu cür hökumətlər pandemiyanı özlərinə təhlükə kimi görürlər”.

Koronavirus iqtidara təhlükədirmi? Freedom House rəsmisi danışır
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Marc Behrendt əlavə edib ki, avtoritar rejimlər bunu həm də özünə bir imkan kimi görür - hüquqların məhdudlaşdırılması imkanı kimi. Məsələn, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması baxımından.

Onun sözlərinə görə, uzun vədədə bütün hallarda pandemia qeyri-demokratik hökumətlər üçün təhlükəyə çevriləcək.

Əliyev bunu heç gizlətmir də...

Freedom House Azərbaycanı qeyri-azad ölkə kimi qiymətləndirir. Azərbaycan hökuməti isə bu qurumu qeyri-obyektiv hesab edir və onun qiyməti ilə razılaşmır.

Təşkilatın regional direktoru Marc Behrendt deyir ki, Azərbaycan prezidenti İlham Əliyev pandemiya dövründən öz rəqiblərini sıxışdırmaq üçün istifadə edir:

“Prezident Əliyev pandemiya və dövlətin düşmənləri barədə açıqlamalar verib və bu zaman müxalifəti hədəfə alıb. Özü də o bu barədə çox aydın danışıb. Bu heç analitik bir sual da deyil ki, görəsən, Əliyev pandemiyadan sui-istifadə edir, yoxsa yox. O özü belə deyib. Məncə, bu, bütün dünyada baş verir. Avtoritar rejimlər, diktatorlar pandemiya panikasından öz siyasi hakimiyyətlərini qorumaq üçün istifadə edirlər."

Müxalifət və ictimai fəallar bildirirlər ki, karantin dövründə Azərbaycanda 15-ə qədər tənqidi fikirli şəxs həbs olunub.

Amma bir qayda olaraq rəsmilər ölkədə siyasi motivli həbslərin olması barədə məlumatları inkar edirlər.

XS
SM
MD
LG