Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:52

Saatlıda suya görə aksiya


Saatlıda aksiya
Saatlıda aksiya

İyulun 3-də Saatlı rayonunun Nabatkənd, Çolpı və Orta Muğan kəndlərinin bir qrup əhalisi etiraz aksiyası keçirməyə cəhd göstərib. Onlar su verilməsi tələbilə Bakıya gedən magistral yolu bağlamağa çalışıblar. Bu haqda AzadlıqRadiosuna aksiya iştirakçıları məlumat verib.

"Aylarla su üzü görmürük. Nə təsərrüfatımızı sulaya bilirik, nə içməyə, nə də əl-üzümüzü yumağa su tapa bilirik. Yay aylarıdır, istidir. Nə qədər dözmək olar? Bizə su verilsin.", - aksiyaçılardan biri deyib.

Sakinlər bildirib ki, rayonda su problemi artıq iki ildən çoxdur başlayıb.

"Saatlıda və ətraf rayonlarda bəzi kəndlərin örüş torpaqlarını əkinçilik üçün verdilər. 100 hektar torpaq əkinçiliyə verildiyi üçün indi su çatmır. Rayona verilən suyun həcmi dəyişməyib, amma su əkinlərə görə daha çox xərclənir. Ona görə su problemi yaranıb. Son aylar isə su problemi dözülməz olub".

Tövbə, bir qurtum su götürməmişəm- Neftçaladan özəl görüntülər
Gözlə

No media source currently available

0:00 0:06:35 0:00

Daha sonra aksiya iştirakçıları "Su-su!" qışqıraraq Saatlı Rayon İcra Hakimiyyətinin binasına yürüş edərək, orada aksiyanı davam etməyə cəhd göstəriblər.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Etirazçılardan saxlanılan olmayıb. Aksiya insidentsiz başa çatıb.

Problemlə bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG