Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:46

COVID-19-un 6 tipi varmış


Tehranda İmam Xomeyni aeroportu, 17 iyul, 2020-ci il
Tehranda İmam Xomeyni aeroportu, 17 iyul, 2020-ci il

Xəstəliyin altı tipi yoluxmanın kəskinlik  dərəcəsi və xəstənin nəfəs almaqda yardıma nə dərəcədə ehtiyac hiss etməsilə bağlıdır

Britaniya alimləri COVID-19-un simptomlarını izləyən applikasiyanın topladığı datanın təhlili əsasında belə bir qənaətə gəliblər ki, bu xəstəliyin altı tipi var və bir-birindən simptom klastrları ilə fərqlənirlər.

London Kral Kollecindən olan tədqiqat komandası aşkar edib ki, xəstəliyin altı tipi yoluxmanın kəskinlik dərəcəsi və xəstənin nəfəs almaqda yardıma nə dərəcədə ehtiyac hiss etməsilə bağlıdır.

“Reuters” agentliyi yazır ki, bu tapıntılar həkimlərə pandemiyanın gələcək dalğaları zamanı COVID-19 xəstələrinin nə vaxt daha böyük risk altında olması, xəstəxanaya yerləşdirməyin gərəkdiyini proqnozlaşdırmaq imkanı verir.

“Xəstəliyin beşinci günü bu şəxslərin hansı qrupa aid olduğunu proznoqlaşdıra bilsəz, onlara dəstəyə və ilkin müdaxiləyə vaxtınız olacaq, məsələn qanda oksigenin və şəkərin səviyyəsini monitorinq edə biləcək, onların adekvat olaraq su ilə təmin edə biləcəksiz”, –araşdırmanın rəhbərlərindən olan doktor Claire Steves deyib.

COVID-19-un öskürək, qızdırma və iybilmənin itməsi kimi üç əsas simptomunun olduğu bildirilir. Bundan başqa başağrısı, əzələ ağrısı, halsızlıq, ishal, çaşqınlıq, iştahın itməsi və təngnəfəslik də simptomlar sırasındadır.

İyunun 16-da açıqlanmış araşdırmada COVID-19-un altı tipi təsvir olunur:

  1. “Qripəbənzər”, qızdırmasız: Başağrısı, iybilmənin itməsi, əzəl ağrısı, öskürək, boğaz ağrısı, sinə ağrısı, qızdırmasız;
  2. “Qripəbənzər”, qızdırmalı: Başağrısı, iybilmənin itməsi, öskürək, boğaz ağrısı, səsin batması, hərarət, iştahın itməsi;
  3. Mədə-bağırsaq simptomlu: Başağrısı, iybilmənin itməsi, iştahın itməsi, ishal, boğaz ağrısı, sinə ağrısı, öskürəksiz;
  4. Kəskin birinci səviyyə: Başağrısı, iybilmənin itməsi, öskürək, hərarət, səsin batması, sinə ağrısı, yorğunluq;
  5. Kəskin ikinci səviyyə: Başağrısı, iybilmənin itməsi, iştahın itməsi, öskürək, hərarət, səsin batması, boğaz ağrısı, sinə ağrısı, halsızlıq, çaşqınlıq, əzələ ağrısı.
  6. Kəskin üçüncü səviyyə, abdominal və respirator: Başağrısı, iybilmənin itməsi, iştahın itməsi, öskürək, hərarət, səsin batması, boğaz ağrısı, sinə ağrısı, halsızlıq, çaşqınlıq, əzələ ağrısı, təngnəfəslik, ishal, qarın ağrısı.

4, 5 və 6-cı tipə aid edilən xəstələr xəstəxanaya aparılmalı, onlara respirator dəstək verilməlidir, tədqiqatçılar bildirirlər.

Dünyada təsdiqlənmiş yoluxmaların sayı 14,5 milyonu keçib. İyulun 20-nə olan məlumata görə, 606 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG