Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:39

Britaniya Rusiyanın müdaxiləsinə dəlil olmadığını deyir


Londonda Rusiya səfirliyi
Londonda Rusiya səfirliyi

2016-cı ildə Breksit referendumuna Rusiyanın müdaxiləsinə dəlil yoxdur və britaniyalı casuslar Rusiyadan gözlərini çəkməyiblər. Bunu Britaniyanın Nəqliyyat naziri Grant Shapps iyulun 22-də deyib.

Britaniya parlamentinin kəşfiyyat və təhlükəsizlik komitəsinin bir gün öncə yaydığı hesabatda deyilirdi ki, Rusiya 2014-cü ildə Şotlandiyanın müstəqillik referendumuna müdaxilə edib, ancaq Breksit səsverməsinə müdaxiləsinə dəlil yoxdur.

“Dəlil axtarmayıblar”

Bəzi deputatlar Breksitə müdaxilə iddialarını səsləndiriblər. Bəzi araşdırmalara görə, Rusiya Breksit kampaniyasına təsir göstərməyə cəhd edib. Onların fikrincə, Britaniya hökuməti və kəşfiyyat agentlikləri Rusiyanın müdaxiləsinə dəlil axtarmayıblar.

“Burada məsələdən danışmağa dəlil olmalıdır, o isə yoxdur”, – Shapps “Sky” televiziyasına deyib. Ondan soruşublar ki, Rusiyanın Avropa Birliyindən çıxmaqla bağlı səsverməyə mümkün müdaxiləsi yenə də araşdırılacaqmı.

“Məncə, kəşfiyyat xidmətləri bu məsələdən nəzərlərini yayındırmayıblar”, – Shapps söyləyib.

2016-cı il referendumunda AB-dən çıxmaq tərəfdarları qalib gəldi və bu, bütün dünyanı sarsıtdı. Çünki Qərbin əsas sütunlarından birinin Avropa inteqrasiyasını tərk etməsi anlamına gəlirdi.

Rusiya dəfələrlə Qərbə müdaxilə etmədiyini deyib, Birləşmiş Ştatlar və Britaniyanın anti-Rusiya isteriyasına qapıldığını söyləyib. Britaniya hökuməti isə bildirib ki, Rusiyanın Breksitə uğurla müdaxilə etməsinə dəlil yoxdur.

“Rusiya Hesabatı” britaniyalı casusları Rusiyanın AB referendumuna müdaxiləsini dəyərləndirməyə çağırırdı.

Hesabatda Rusiya Britaniya və Qərbə bir çox cəbhələrdə ciddi təhdid yaradan ədavətli qüvvə kimi təqdim olunur. Bu cəbhələr casusluğu, kiberhücumları, seçkiyə müdaxiləni və çirkli pulyumanı əhatələyir. Hesabata görə, Britaniya Rusiya pulunu qəbul edib, ancaq bu sərvətin mənbəyini soruşmayıb.

Shapps isə çirkli Rusiya pulu haqda belə deyib: “Burası gəlib pul yumaq yeri deyil”.

XS
SM
MD
LG