Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:16

Restoran sahibləri qadağalara etiraz edir


Restoran sahiblərinin etirazı
Restoran sahiblərinin etirazı

İndiyədək İranda bir neçə məmur koronavirusa yoluxub – iki vitse-prezident, turizm naziri, Ekspertlər Şurasının üzvü, bir neçə deputat

İran hökumətinin sözçüsü Ali Rabiei-nin koronavirus testi pozitiv çıxıb və o, xəstəxanaya yerləşdirilib. Dövlət televiziyasının məlumatına görə, Rabiei ötən həftədən evdə idi.

İndiyədək İranda bir neçə məmur koronavirusa yoluxub – iki vitse-prezident, turizm naziri, Ekspertlər Şurasının üzvü, bir neçə deputat.

Yaxın Şərqdə ən çox İranda koronavirusa yoluxma və ölü sayı qeydə alınıb. Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari iyulun 27-də deyib ki, ölkədə 293 mindən çox yoluxma təsdiqlənib. Son bir sutka ərzində 212 nəfərin ölümüylə ölü sayı 15 min 912 nəfərə yüksəlib.

Karton açarlar

Kosovo paytaxtında isə yüzlərlə restoran və kafe sahibi nümayişə çıxaraq hökumətin biznesə qoyduğu qadağalara etiraz edib. Onlar yardım tələb ediblər.

Yoluxmalar artdığından hökumət iyulun 6-dan restoran və kafelərin axşam 9-dn səhər 5-dək bağlanması göstərişi verib.

Paytaxt Priştinada hökumət binası qarşısına yığışan etirazçılar ətrafa karton açarlar tullayıblar, bununla qadağalardan ziyan görmüş biznesə diqqət çəkməyə çalışıblar.

Polis etirazçıları dağılışmağa çağırıb, onların pandemiya qadağalarını pozduğunu bildirib.

Etirazın təşkilatçısı Petrit Kllokoqi deyib ki, sahibkarlar maaşları ödəməyə subsidiyalar, kirayə haqlarının 50 faizinə dəstək, başqa yardım formaları istəyirlər.

“Dövlət bizi dəstəkləmir, biz bunu istəyirik”, – o deyib.

Kllokoqi qeyd edib ki, tələbləri yerinə yetirilməsə, etiraz gələn həftə təkrarlana bilər. “Gələn dəfə kassa aparatlarımızı gətirəcəyik. Siz mənən məsuliyyətsiz davrandıqca biz də fiskal məsuliyyəti dayandıracağıq”, – o əlavə edib.

Kosovo mayda qadağaları yumşaldandan koronavirusa yoluxmalarda böyük artım qeydə alınıb. Hökumət bu səbəbdən karantini bərpa edib, kafe və restoranların iş saatlarını məhdudlaşdırıb.

İyulun 27-dək ölkədə 6 min 900-dən çox yoluxma, 169 ölüm təsdiqlənib.

Orta Asiya

Orta Asiyada da vəziyyət ürəkaçan deyil. Özbəkistanda məhdudiyyətlə avqustun 15-dək uzadılıb. 32 milyon əhalisi olan ölkədə yoluxmalar artmaqdadır.

Bərbərxana olar, kitab dükanı yox? Sahibkarlar narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Hökumət iyulun 31də, avqustun 1-2-də Qurban bayramı ilə əlaqədar ölkə üzrə nəqliyyatın dayandırılacağını vurğulayıb. Qadağalar sırasında regionlararası əlaqələrin məhdudlaşdırılması, bazarlarda işin dayandırılması, qeyri-ərzaq mağazaları, parklar, əyləncə və idman məkanlarının qapadılması da var.

Ailə şənlikləri, mərasimlər də qadağan olunub.

Özbəkistanda indiyədək 21 minə yaxın yoluxma, 117 ölüm qeydə alınıb.

Qazaxıstan rəsmilərinin məlumatına görə, avqustun 1-dək kəskin pnevmoniya qurbanları da COVID-19-dan ölüm statistikasına salınacaq. İyulun 27-dək bu ölkədə 83 mindən çox yoluxma, 610 ölüm təsdiqlənib.

Qırğızıstan artıq kəskin pnevmoniya qurbanlarını COVID-19 statistikasına daxil etməyə başlayıb. Bu ölkədə 33 mindən artıq yoluxma, 1301 ölüm qeydə alınıb.

Tacikistanın Səhiyyə naziri Jamoliddin Abdullozoda indiyədək bu ölkədə bircə tibb işçisinin belə koronavirusa yoluxmadığını açıqlayıb. Yoluxma sayı 7 mindən çoxdur, 59 xəstə vəfat edib.

Ancaq AzadAvropa/AzadlıqRadiosu-nun Tacikistan xidmətinin ötən ay apardığı araşdırma ölkədə COVID-19-dan yüzlərlə insanın ölməsi ehtimalını üzə çıxarıb, onların içində onlarla həkim, tibb bacısı da var.

Türkmənistan Orta Asiyada koronavirusa yoluxma olmadığını iddia edən yeganə ölkədir. AzadlıqRadiosu-nun müxbirləri isə yerli xəstəxanaların pnevmoniya simptomlu xəstələrlə dolu olduğunu xəbər verir.

XS
SM
MD
LG