Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:29

Ombudsman həbsdəki AXCP üzvlərilə görüşüb, prorkurorluqdan da xəbər var-Yenilənib


İllustrasiya
İllustrasiya

Vəkil: "...indi söz verdilər, görüşə şərait yaradılacaq"

Vəkil Bəhruz Bayramov isə deyir ki, onun Fuad Qəhrəmanlının hüquqlarını qorumaqla bağlı orderi olsa belə görüşünnə imkan yaradılmır:

“Bakı Ağır Cinayətlər Məhkəməsinə getdim rəsmi orderi təqdim edəm, dedilər ki, poçtla göndərməlisən. Deməli, bu gedəcək Baş Prokurorluğa, ondan sonra Baş Prokurorluqdan gedir İstintaq İdarəsinə. Bildirdilər ki, ondan sonra müraciətinizə baxılacaq. Amma indi söz verdilər ki, görüşə şərait yaradılacaq. Sabah səhər saat 9-da olacam İstinqat idarəsində, şərait yaratsalar, sabah görüşəcəm".

***

Vəkillərlə görüş

Baş Prokurorlugun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təmsilçilərinin həbs edilən üzvlərinin istədikləri müdafiəçi ilə görüşmək istəmləri və buna imkan verilməməsi ilə bağlı dediklərinə cavab verib.

O qeyd edib ki, özlərinin istədikləri müdafiəçi ilə görüşmək istəyirlərsə bununla bağlı rəsmi müraciət etsinlər və cavabını gözləsinlər. G.Səlomzada habelə vurğulayıb ki, telefon danışıqlarının verilməsi məsələsi isə Bakı istintaq təcridxanasının səlahiyyyəyinə aid olan məsələdir.

Məsələyə Bakı istintaq təcridxanasının rəhbərliyindən, hələlik, hər hamsı münasibət almaq mümkün olmayıb.

***

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlər həbs edilən üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirildiyinə görə, iyulun 14-dən 15-ə keçən gecə baş verən hadisələrlə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin hüquqlarının pozularaq işgəncəyə məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

"...yalan informasiyaların yayılması yolverilməzdir”

Qeyd edilib ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur."

"“Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub"

“Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub. Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir.”, xəbərə görə, açıqlamada yazılıb.

Ombudsman təcridxaya baş çəkib

Səbinə Əliyeva - 29 noyabr 2019
Səbinə Əliyeva - 29 noyabr 2019

Bu barədə bu gün,avqustun 2-də Ombudsman Aparatı məlumat yayıb. Məlumatda yazılıb ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib.

“...Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib. F. Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər”

"Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər"
Fuad Qəhrəmanlı, illisturasiya
Fuad Qəhrəmanlı, illisturasiya

Açıqlamaya görə, təqsirləndirilən şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılıb:

“Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib.Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub, saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər yerində təmin edilib.”

Açıqlamaya görə, yekunda müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli, beynəlxalq qanunvericiliyə uyğun olaraq həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.

AXCP-nin narahatlığı

AXCP üzvü Asif Yusifli, Orduya dəstək aksiyasında, 14 iyul 2020
AXCP üzvü Asif Yusifli, Orduya dəstək aksiyasında, 14 iyul 2020

Son günlər AXCP-nin ayrı-ayrı təmsilçiləri bu partiyanın rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və fəallardan S. Əhmədovun taleyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Həmin açıqlamalarda qeyd edilir ki, saxlananlardan bəziləri, o cumlədən Fuad Qəhrəmanlı ilə yaxınları və yaxınlarının tutduğu vəkili görüşə bilməyib, ümumiyyətlə onunla əlaqə saxlamaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, son həftələr partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb. Partiyanın məlumata görə, onlardan 18-nə cinayət işi açılıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 15 civarında cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilir.

Cinayət məsuliyyətinə cəlb olunanlara qarşı, əsasən, Cinayət Məcəlləsinin 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürüludüyü bildirilir. Həbs olunanlardan ikisinə ( onlardan birinin də Fuad Qəhrəmanlı olduğu deyilir) əlavə 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəylə də ittiham verildiyi qeyd olunur.

Xatırlatma

Bakıda orduya dəstək aksiyası, 14 iyul 2020
Bakıda orduya dəstək aksiyası, 14 iyul 2020

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər. AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG