Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:35

Kreml qonşuluğundakı münaqişələrlə neyləsin – Qərb mediası


Xankəndi, 6 oktyabr, 2020-ci il
Xankəndi, 6 oktyabr, 2020-ci il

“Foreign Policy”də başqa bir məqalədə Sinan Ulgen qeyd edir ki, iqtisadiyyatın zəifləməsi Türkiyənin aktiv xarici siyasət aparmasını dayandırmayacaq

“The Financial Times” qəzeti “Rusiyanın qonşuları alov içində” adlı məqalədə Belarus, Qırğızıstan, Azərbaycan və Ermənistanda, yumşaq desək, qeyri-sabit vəziyyətdən yazır. Müəllif Henry Foy bu ölkələrin hamısında Sovet İttifaqının izlərinin qaldığını qeyd edir – avtoritarizmdən seçki azadlığına təhdiddən tutmuş, mübahisəli ərazilər və etnik bölücülüyə qədər. Müəllif Rusiya üçün bu 3 böhranın fərqli narahatlıq yaratdığını qeyd edir.

Moskvada bir aparıcı qərbli diplomat qəzetə deyib ki, “Putinin qonşularında qəflətən alov ocaqları yaranıb və bütün bunları onun necə idarə edəcəyini görmək çətindir”.

Moskvanın Ermənistan, Belarus və Qırğızıstanda hərbi bazaları var və özünü bu ölkələrin öndə gedən əcnəbi tərəfdaşı hesab edir. Rusiya Avropa Birliyinin Belarusda, Çin və ABŞ-ın isə Qırğızıstanda nüfuzunu artırmasını önləməyə çalışıb. Bu üç ölkə həm də Moskvanın Avrasiya İqtisadi İttifaqında, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında tərəfdaşlarıdır.

“Kreml müttəfiqlərini dəstəkləməklə ictimai narazılığı qızışdırmaq riski arasında qalıb. O, qonşuluğundakı rejimləri öz talelərinin ümidinə buraxır, münaqişələrin mümkün regional miqyasa keçməsinə, eyni zamanda öz zəifliyi ilə bağlı ehtimallara yol açmış olur”, – müəllif vurğulayır.

NATO-da böhran yaranarsa...

“Foreign Policy” yazır ki, Türkiyənin Qafqaz macərası NATO-da daha bir böhran yaratmış olur. Məqalədə deyilir ki, NATO-dan, digər beynəlxalq qurumlardan dərhal atəşkəslə bağlı çağırışları Türkiyə qulaqardına vurur. “İndiyədək atəşkəs olub, nə dəyişib?” – Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu oktyabrın 6-da Azərbaycana səfəri zamanı deyib.

Ekspertlərin fikrincə, Türkiyə bəzən döyüş səhnəsində uğur qazanmasa belə, hərbi propaqandası Ankaranın qüdrəti haqda davamlı iz buraxa bilər. İlin əvvəlində Suriyanın İdlib vilayətində də belə olmuşdu.

“Siz ancaq zərbələri görürsüz. Bu, çox güclü bir təəssüratdır. İdlibdə hər kəs Türkiyənin uduzduğunu unutdu. Adamların yadında Türkiyənin Rusiyaya qulaqburması verməsi qaldı”, – Xarici Siyasət Araşdırma İnstitutunun tədqiqat üzrə direktoru Aaron Şteyn deyir.

“İkitərəfli gərginlik NATO-dakı müzakirələrə sıçrayarsa, bu, alyansın digər vacib sahələrdə – Rusiya, Yaxın Şərq, trans-Atlantik alyansın qarşısındakı digər təhdidlərlə bağlı qərar vermə qabiliyyətinə ziyan vurar. NATO konsensus qərarverməsi üzrə fəaliyyət göstərir, yəni 30 üzvünün hamısı razılaşmasa heç nəyə qərar vermək mümkün deyil”, – məqalədə deyilir.

İqtisadiyyatı zəifləsə də...

“Foreign Policy”də başqa bir məqalədə Sinan Ulgen qeyd edir ki, iqtisadiyyatın zəifləməsi Türkiyənin aktiv xarici siyasət aparmasını dayandırmayacaq. Müəllifin fikrincə, dünya hazırda Türkiyənin xarici və təhlükəsizlik siyasətində transformasiya müşahidə edir. Ankara xarici siyasət oyunçusu kimi özünü getdikcə daha çox təsdiqləyir.

Abşeron və Xızıya atılan raketlərin izləri
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

“İndi o, özünün gücündən arxayın düşərək regional münaqişələrə girişməyə meyllənir”, – yazan müəllif bunun azı üç fərqli izahı olduğunu yazır.

Birincisi qlobal düzənlə bağlıdır. Birləşmiş Ştatların diplomatik baxımdan Avropadan uzaqlaşması hakimiyyət boşluğu yaradıb. AB isə daxili fikir ayrılıqlarına üstün gələrək daha nüfuzlu xarici və təhlükəsizlik oyunçusuna çevrilə bilməyib. Türkiyə də bu boşluqdan istifadə edib.

İkinci səbəb Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və onun lideri Recep Tayyip Erdogan-ın siyasi ideologiyasıdır. Erdogan Türkiyəni keçmiş imperial şöhrətinə qaytarmağı vəd edib.

Müəllif sonuncu səbəbi bugünkü siyasətlə izah edir. Görəsən, Türkiyə hərbi rolu artan teatrları saxlaya biləcəkmi? Müəllifin fikrincə, iqtisadiyyat Türkiyənin sərt xarici siyasətini məhdudlaşdıra bilməyəcək, əksinə onun mənbəyinə çevriləcək.

Fransalı deputat:"Minsk qrupunda qalaq"
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 20-dən çox kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İ.Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalanana qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib (Oktyabrın 4-də Azərbaycan prezidenti onlardan birinin, Cəbrayıl rayonun mərkəzinin azad edildiyini bəyan etdi). Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG